alt=A photograph of Cruise attending the London film premiere of Mission Impossible: Rogue Nation in 2015|thumb|390x390px|Kruz "Cek Riçer: Heç vaxt geri qayıtma" filminin premyerasında, 2016-cı il. Tom Kruzun filmoqrafiyası — ABŞ aktyoru və prodüseri Tom Kruzun yer alıdığı ekran işlərinin siyahısı.

Tom Kruz 1981-ci ildə "Sonsuz sevgi" dram filmində kiçik rol alaraq film debütünü etdi. O, "Riskli biznes" (1983) komediya filmi ilə məşhurlaşdı, bu film Kruza "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl"a iki namizədlik qazandırdı. Kruz 1986-cı ildə rejissor Toni Skottun döyüş filmi "Top Qan"da (həm ilin ən çox gəlir gətirən filmi) dəniz pilotu rolunu canlandırdı, və rejissor Martin Skorsezenin dram filmi "Pulun rəngi"ndə Pol Nyumanla birlikdə göründü. İki il sonra Dastin Hoffmanla birlikdə "Ən yaxşı filmə görə Oskar mükafatı" qazanmış "Yağış adamı" (1986) dram filmində rol aldı və həmçinin "Ən pis filə görə Qızıl moruq mükafatı" qazanmış romantik dram filmi "Kokteyl"də (1988) yer aldı. Beləliklə Kruz 2014-cü ildə eyni ildə "Ən yaxşı filmə görə Oskar" və "Ən pis filmə görə Qızıl moruq" mükafatları qazanan ilk və tək şəxs oldu. Aktyorun növbəti rolu Kovikin eyniadlı memuarına əsaslanan "İyulun dördündə doğulub" (1989) filmində Ron Kovik oldu və bu rol görə o, "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — dram" əldə etdi.

1992-ci ildə Aaron Sorkinin eyniadlı pyesinə əsaslanan "Bir neçə yaxşı adam" dram filmində Cek Nikolsonla birlikdə rol aldı. Kruz ardınca Con Qrişamın eyniadlı filminə əsaslanan "Firma"da (1993) göründü və "Düşmüş mələklər" teleserialının bir seriyasının rejissoru olaraq rejissor debütünü etdi.

Kruz 1993-cü ildə Pola Vaqnerlə birlikdə qurduğu Cruise/Wagner Productions-ın ilk layihəsi olan "Qeyri-mümkün missiya" (1996) adlı döyüş filmində casus Etan Hant rolunu canlandırdı. O, 2018-ci ilə qədər "Mümkünsüz missiya" filmlər seriyasının beşdən çox filmində rol alıb: "Qeyri-mümkün missiya 2" (2000), "Qeyri-mümkün missiya 3" (2006), "Qeyri-mümkün missiya 4" (2011), "Qeyri-mümkün missiya - Rogue Nation" (2015) və "Qeyri-mümkün missiya – Əks-təsir" (2018).

Rejissor Kameron Krounun komediya-dram filmi "Cerri Maquayer"də (1996) baş rolda yer alıb və bu roluna görə "Ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı — komediya və ya müzikl" qazanıb. Kruz 1999-cu ildə rejissor Stenli Kubrikin erotik-triller filmi "Geniş bağlanmış gözlərlə"də o vaxtkı həyat yoldaşı Nikol Kidmanla birlikdə baş rolda və rejissor Pol Tomas Andersonun dram filmi "Maqnoliya"da ikinci plan rolda yer alıb. "Maqnoliya" filmindəki roluna görə "Kinofilmdə ən yaxşı aktyor üçün Qızıl qlobus mükafatı" qazandı və "Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı"na namizəd göstərildi. Kruz elmi fantastika trilleri "Vanilli səma" (2001) filmində Krou ilə yenidən bir araya gəldi və bu film ona "Ən yaxşı aktyor üçün Saturn mükafatı"nı qazandırdı. Növbəti il rejissor Stiven Spilberqin filmi "Azlıq hesabatı"nda (2002) rol aldı. 2005-ci ildə o, Spilberqlə "Dünyaların müharibəsi" filmində yenidən əməkdaşlıq etdi və Stenli Kubrik BAFTA-dan "Möhtəşəm filmə görə Britaniya mükafatı" aldı. Üç il sonra "Tropik ildırım" satirik komediyasında göründü və "Valkiriya əməliyyatı" tarixi trillerində (hər ikisi 2008-ci ildə) Almaniya ordusunun zabiti Klaus fon Ştauffenberqi canlandırdı. Kruz 2010-cu ildə "Günün cəngavəri" komediya filmində "Vanilli səma"dakı həmkarı Kameron Diazla yenidən bir araya gəldi və ardınca "Cek Riçer" (2012) döyüş-triller filmində və onun davam filmi "Cek Riçer: Heç vaxt geri qayıtma"da (2016) baş rolda yer aldı. O, həmçinin elmi fantastika filmləri "Oblivion" (2013) və "Sabahın kənarı"nda (2014) rol alıb. Üç il sonra "Amerika istehsalı" (2017) döyüş filmində narkotik qaçaqmalçısı Barri Sili canlandırdı. Kruz 2022-ci ildə 1,1 milyard ABŞ dollarından çox gəlir gətirən və onun ən çox gəlir gətirən filmi olan "Top Qan: Maverik" döyüş janrlı davam filmində rol aldı.

Filmoqrafiya

Film +MəlumatHələ buraxılmamış filmi bildirir İlAzərbaycan dilində adıOrijinal adıRolQeydlər1981Sonsuz sevgiEndless LoveBilliKursantlarTaps1983QovulmuşlarThe OutsidersOnu itirməkLosin' ItVudiRiskli biznesRisky BusinessCoel QudsonBütün düzgün hərəkətlərAll the Right MovesStiven Dcordyevik1985ƏfsanəLegendCek1986Top QanTop Gunleytenant Pete "Maverik" MitçellPulun rəngiVinsent Lauriya1988KokteylCocktailBrayan FlanaqanYağış adamıRain ManÇarli Babbitt1989İyulun dördündə doğulubBorn on the Fourth of JulyRon Kovik1990İldırımlı günlərDays of ThunderKol TrikleHəmçinin ortaq ssenarist1992Çox uzaqFar and AwayCozef DonelliBir neçə yaxşı adamleytenant Daniel Kafi1993FirmaMitç Makdir1994Vampirlə müsahibəInterview with the VampireLestat de Lionkourt1996Qeyri-mümkün missiyaMission: ImpossibleEtan HantHəmçinin prodüserCerri MaquayerJerry MaguireCerri Maqueyr1998Limitlər olmadanWithout LimitsSadəcə prodüser1999Geniş bağlanmış gözlərləEyes Wide ShutMaqnoliyaMagnoliaFrenk T. C. Makey2000Qeyri-mümkün missiya 2Mission: Impossible 2Etan HantHəmçinin prodüser2001Stenli Kubrik: Kinoda həyatStanley Kubrick: A Life in Picturesözü / hekayəçiBaşqalarıSadəcə icraçı prodüserVanilli səmaVanilla SkyHəmçinin prodüser2002Kosmik stansiya 3DSpace Station 3DhekayəçiAzlıq hesabatıMinority ReportCon AndertonOstin Pauers: QoldmemberAustin Powers in GoldmemberözüNarkobaronNarcSadəcə icraçı prodüser2003Qırılmış şüşəShattered GlassSadəcə icraçı prodüserSonuncu samurayNatan AlqrenHəmçinin prodüser2004GirovCollateralVinsent2005Dünyaların müharibəsiWar of the WorldsElizabettaunElizabethtownSadəcə prodüser2006Tozdan soruşAsk the DustSadəcə prodüserQeyri-mümkün missiya 3Mission: Impossible IIIEtan HantHəmçinin prodüser2007Quzular üçün aslanlarLions for Lambssenator Casper İrvinq2008Torpik ildırımTropic ThunderLes QrossmanValkiriya əməliyyatıValkyrieKlaus fon Ştauffenberq2010Günün cəngavəriKnight and Day2011Qeyri-mümkün missiya 4Mission: Impossible – Ghost ProtocolEtan HantHəmçinin prodüser2012Əbədi rokRock of AgesSteysi CaksHəmçinin film musiqinin müğənnisiCek RiçerJack ReacherCek RiçerHəmçinin prodüser2013OblivionOblivionCek Harper2014Sabahın kənarıEdge of TomorrowVilyam Keyc2015Qeyri-mümkün missiya - Rogue NationMission: Impossible – Rogue NationEtan HantHəmçinin prodüser2016Cek Riçer: Heç vaxt geri gəlməJack Reacher: Never Go BackCek RiçerHəmçinin prodüser2017MumiyaNik MortonAmerika istehsalıAmerican MadeBarri Sil2018Qeyri-mümkün missiya – Əks-təsirMission: Impossible – FalloutEtan HantHəmçinin prodüser2022Top Qan: MaverikTop Gun: MaverickHəmçinin prodüser2023Mümkünsüz missiya: Ölümcül hesablaşma. 1-ci hissəMission: Impossible – Dead Reckoning Part One Etan HantHəmçinin prodüser2024Mümkünsüz missiya: Ölümcül hesablaşma. 2-ci hissəMission: Impossible – Dead Reckoning Part Two Həmçinin prodüser

Televiziya İlAzərbaycan dilində adıOrijinal adıRolQeydlər1993Düşmüş mələklərFallen Angels -Seriya: "The Frightening Frammis" (rejissor)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Tom Kruz Kateqoriya:Filmoqrafiyalar Kateqoriya:Aktyor filmoqrafiyaları