thumb|Fəqani 2018 Dünya Kubokunda Argentina - Fransa oyununda Əlireza Fəqani 21 Mart 1978-ci ildə İranda doğulub. 2008-ci ildən etibarən FİFA-nın Beynəlxalq dərəcələi futbol hakimidir. Fəqani 2015-ci il Asiya Çempionlar Liqası Finalı, 2015 Asiya Kuboku Finalı, 2015 FİFA Klublararası dünya Çempionatının finalını, 2016 Olimpiyadanın finalını idarə edib. Həmçinin 2017-ci ildə FİFA Konfederasiyalar Kuboku və 2018-ci ildə Rusiyada keçirilən FİFA Dünya Kubokunda oyunlara təyin edildi.

Haqqında 1978-ci il martın 21-də İranın Məşhəd şəhəri yaxınlığında yerləşən Keşmar şəhərində anadan olmuşdur. Onun ləqəbi Behrooz (بهروز) idi. Atası Məhəmməd Fəqani (محمد فغانی) də futbol hakimi idi.

Fəqani əvvəllər özünü futbolçu kimi çalışdırsa da sonda hakim olacağı qərarına gəlmişdir.

FİFA Referesi karyerası Fəqani 2008-ci ildə FİFA referesi olub. Yalnız bir illik beynəlxalq təcrübədən sonra Faqani 2009-cu ildə AFF prezidenti Kuboku finalında oyunu idarə etmək əmri aldı. Bu turnirdə "Regar-TadAZ Tursunzoda" və "Dordoi-Dinamo Naryn" (2-0) arasında keçirilən oyunda əsas söz sahibi olan Fəqani özünü göstərə bildi.

Braziliya və Xorvatiya arasında 2014 FİFA Dünya Kubokunun açılış matçına dördüncü hakim təyin edildi. Əl-Hilal və Qərb Sidney Wanderers arasında 2014 AFC Çempionlar Liqası Finalı oyununa təyin edildi. O, həmçinin 2015-ci ildə AFC Asiya Kubokunun B qrupunda ilk matçını idarə etmişdi.

O, 2015-ci ildə Cənubi Koreya və Avstraliya yığmaları arasında baş tutan AFC Asiya Kuboku Finalına hakim təyin edildi. Fəqani, River Pleyt və FC Barselona arasında 2015 FİFA Klublararası Dünya Kuboku Finalında söz sahibi idi. Bəlkə də əsas hakimi olduğu ən əhəmiyyətli matç, Braziliya və Almaniya arasında keçirilən 2016 Olimpiya oyunlarının final matçı idi.

2017-ci ildə Rusiyanın FİFA Konfederasiyalar Kubokunun iki matçında baş hakim kimi funksiyalarını yerinə yetirib.

+FİFA 2018 Dünya KubokuTarixOyunŞəhərMərhələ17 iyun 2018Almaniya - MeksikaMoskvaQrup27 iyun 2018Serbiya - BraziliyaMoskvaQrup30 iyun 2018Fransa - ArgentinaKazan 1/1614 iyul 2018Belçika - İngiltərəSant Peterburq3-cü yer uğrunda

Mükafatlar İranda ilin ən yaxşı futbol hakimi: 2014, 2017 Asiyada ilin ən yaxşı futbol hakimi: 2016

Kateqoriya:Futbol hakimləri Kateqoriya:İran şəxsləri