Orxan Camal (; ) — Azərbaycan əsilli rusiyalı jurnalist və ictimai xadim.
Həyatı Orxan Camal 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olub. O, rəssam Cahid Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur. Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva geoloji kəşfiyyat institutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" () kimi məşhur teleproqramın rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.
Orxan Camal 2000-ci ildə Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. 2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında "Tədqiqat komitəsi" jurnalist araşdırmaları Agentliyini təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, o, 2003-cü ildə "Travel" janrında ən yaxşı jurnalist adı qazanıb.
31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.
7 avqust 2018-ci ildə Moskva Cümə Məscidində Orxan Camalla vida mərasimi keçirilib. Cənazə namazını Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin qılıb. Camal Xovansk qəbiristanlığının müsəlman sektorunda dəfn edilib.
Ailəsi Jurnalist İrina Qordiyenko ilə evli olub.Бывшая жена Орхана Джемаля подтвердила его гибель в ЦАР. // Газета.ру, 31.07.2018 Mənsur adında oğlu var.
Biblioqrafiya Jurnalist yeni minilliyin ilk gürcü-rus müharibəsini özünün "Beşgünlük müharibənin xronikası" () (2008) kitabında əks etdirib.
İstinadlar
Xarici keçidlər Tərcümeyi-halı və müsahibəsi "Novaya qazeta"da məqalələri Orxan Camal "Exo Moskvı" radiosunda Mərkəzi Afrika Respublikasında rusiya vətəndaşlarının həlak olması haqqında // RF-nın XİN, 31.07.2018
Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Rusiya jurnalistləri Kateqoriya:Hərbi jurnalistlər Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:MAR-da vəfat edənlər Kateqoriya:Öldürülmüş jurnalistlər