Nikola Stoşiç (29 yanvar 2000-ci ildə Serbiyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Serbiyalı futbolçu.
Klub karyerası
Liferinq Stoşiç Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Stoşiç 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 19 oktyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 73-cü dəqiqədə İqoru əvəz etmiş və komandası 3-0 hesabı ilə qalib gəlmişdir.
Stoşiç öz peşəkar karyerasında debütünü 20 aprel 2018-ci ildə Vattens klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda vurmuşdur. O, 88-ci dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Karyera statistikası
Klub
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolLiferinq2017–18Birinci Liqa30000000302018–192100000021Ümumi karyera5100000051 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Uğurları
Klub «Red Bull Zalsburq» UEFA Gənclər Liqası — 2016-2017
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Serbiya futbolçuları Kateqoriya:Liferinq FK futbolçuları Kateqoriya:Serbiyanın kişi futbolçuları Kateqoriya:Avstriyanın kişi futbolçuları Kateqoriya:2. Liqa (Avstriya) futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:Serbiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri