() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Şimali Amerikada Missisipi, Cənubi Karolina və Floridada geniş yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 2-4 m-ə qədərdir. Gövdəsi yoxdur və ya çox zəif inkişaf etmişdir. Yarpaqları göyümtül-yaşıl rəngli, uzunluğu 70 sm-ə qədər, eni 4 sm olub, ucu biz xətvaridir, kənarlarında şoxsaylı ağ, nazik, buruq saplaqları, çoxlu yarpaq rozetləri vardır. Sarı və ya ağ yarpaqları olan alabəzək yarpaqlı formaları vardır. Çiçək süpürgəsinin hündürlüyü 1-3 m-ə çatır, süpürgə oxu çılpaqdır. Çiçəkləri sallaq, sarımtıl-ağ rəngdədir, 5-7 sm uzunluqdadır. Çiçəkləmə dövründə dekorativ görünür. Abşeronda iyun-iyul aylarında çiçək açır. Meyvəsi yumru qutucuqdur, diametri 5 sm-ə çatır. Süni tozlanma nəticəsində cücərmə qabiliyyətli toxumlar almaq olar. Bölünmüş gövdə ilə çoxaldılır.

Ekologiyası Quraqlığa və istiyə davamlı kol bitkisidir. Kök sistemi torpağın dərinliyinə daxil olur. Tərkibində kalsium olan məhsuldar torpaq tələb edir. Abşeronun qısamüddətli şaxtalarına dözür.

Azərbaycanda yayılması Lənkəran, Gəncə, Abşeron,Kür-Araz düzənliyi və Zaqatalada mədəni şəraitdə becərilir.

İstifadəsi Bağlarda və parklarda dekorativ bitki kimi becərilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları