() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şimali Çində yayılmışdır.

Botaniki xarakteristikası Yığcam yumru formalı, hündürlüyü 8–12 m olan, yarpağını tökən, dekorativ görünüşlü koldur. Yarpaq ayalarının uzunluğu 6–15 sm və eni 8 sm, i8ri, üçkünc-oval və ya uzunsov-oval, ürəkşəkilli, tünd-yaşıl, bünövrəsində enli, pazşəkilli, ucu uzun, biz, tükcüklüdür. Ətirli çiçəkləri iri, zəngvari, ağ və ya çəhrayı-bənövşəyi, düz dayanan süpürgələrə yığılmışdır. Çiçək qrupları qalxanvari-salxımşəkilli, ucda 2–12 çiçəklidir. Kasacığı 2 dodaqlı, ucunda 2 dişlidir. Çiçək tacı açıq-qırmızı, uzunluğu 3–3,5 sm, 2 sarı zolaqlı və boğazında tünd-qırmızıdır. May-iyun aylarında çiçəkləyir. Meyvələri sallaq, qınşəkilli, silindrik, uzunluğu 25–45 sm, eni 0,6 sm olan, toxumlu qutucuqlardır və bütün qışı bitkinin üstündə qalır. Saplaqların uzunluğu 2–8 sm-dir. Toxumlarla, yay qələmləri və zoğlarla çoxalır.

Ekologiyası Küləkdən qorunan günəşli yerdə əkilməsi məsləhət görülür. Torpağa tələbkar deyil, bataqlıq yerləri sevmir. Qarsız sərt qışda cavan nümunələri dona bilər, ona görə payızda gövdəətrafı dairələr quru yarpaqlarla mulçalanır.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində introduksiya edilmişdir. Qəbələ, Zaqatala, Qax, Balakən, Şəki və başqa rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Çin ağacları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Asiya florası Kateqoriya:20–24 ID olan Taksonbar