Mark Ruffalo (, 22 noyabr 1967, Kenoşa, Viskonsin, ABŞ) - Amerikalı aktyor. "Emmi" (2014) və "SGA Awards" (2015) mükafatlarının laureatı. "Oskar" (2011, 2015, 2016), BAFTA (2011, 2015, 2016) və "Qızıl qlobus" (2015 (2 dəfə), 2016) mükafatlarının nominantı. Əsas məşhurluğunu Zodiak (2007), Qisasçılar (2012), Yalan illüziyası (2013), Qisasçılar: Altron dövrü (2015), Tor: Raqnarök (2017) filmləri ilə qazanmışdır.
Həyatı və karyerası Mark Ruffalo 1967-ci ildə Viskonsin ştatının Kenoşa şəhərində olub. Atası italyan olan aktyorun anası isə həm İtaliya, həm də Kanada kökənlidir. Ruffalo erkən yaşından aktyorluq sənətini seçir və teatrda çıxış etməyə başlayır. Ruffalo karyerasının əsas rollarını bu əsrin başlağıncından etibarən oynamağa başlayır. 2000-ci ildə Kennet Lonerqanın "Mənə arxalana bilərsən" dram filmində oyunu uğurlu alınır və film bir çox mükafatlar qazanır. Bu film aktyorun filmoqrafiyasında təkanverici rol oynayır. Daha sonrakı illərdə o "XX/XY" (2002) , "Mənsiz həyatım" (2003), "Kəsikdə"(2004), "Biz artıq burda yaşamırıq" (2004), "30dan 13-ü" (2004) və "Səma və yer arasında" (2005) kimi filmlərdə oynayır.
2007-ci ildə 60-cı illərin sonunda Kaliforniya ştatında tüğyan edən seriya qatillə bağlı ərsəyə gətirilmiş "Zodiak" filmində oynadığı Devid Toski rolu Ruffalonun karyerasında yeni səhifə açır.
2010-ci ildə aktyor "Uşaqlar yaxşıdır" filmində yer alır. Bu film ona ilk "Oskar" nominasiyasını gətirir (ən yaxşı ikinci plan kişi rolu).
Ruffalonun 2010-cu ildəki digər bir filmi Martin Skorsezenin "Zidan adası" filmi olur. Bu filmdə o Leonardo Di Kaprio, Ben Kinqsli ilə birlikdə əsas rollardan birini oynayır.
2011-ci ildən aktyor Marvel Kinematoqrafiya Kainatı filmlər seriyasında əsas komiks qəhrəmanlarından "Halk"ı (Brüs Benneri) oynamağa başlayır. İlk belə film "Qisasçılar" (2012) filmi oldu. Ruffalo "yaşıl bədheybət" rolu ilə "Dəmir adam 3" (kameo) (2013), "Qisasçılar: Altron dövrü" (2015), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq müharibəsi" (2018) filmlərində qayıtdı. 2019-cu ildə "Qisasçılar" tetralogiyasından "Qisasçılar: Final" filmi işıq üzü görəcək.
2015-ci ildə "Tülkü ovçusu", 2016-cı ildə isə "Diqqət mərkəzində" filmlərində oynadığı rollara görə "Oskar"a namizəd olsa da Ruffalo hər iki halda əsas film mükafatını qazana bilmədi.
Şəxsi həyatı Sanrayz Koini ilə evli olan Mark Ruffalonun 2 qız və 1 oğlan övladı var.
2001-ci ildə Aktyorun beynində şiş aşkarlanır. Şiş xoşxassəli olur və əməliyyatla götürülür. Ancaq xəstəliyin təsirindən onun üzün ifliclik yaranır. İfliclik müəyyən müddətdən sonra keçsə də sol qulaqdan kar olmuşdur.
2008-ci ildə Ruffalonun qardaşı Skott evində güllələnir və 1 həftə sonra həyatını itirir.
Ruffalo həmçinin siyasi fəaldır. Aktyor Cor Buşun dövründə İraqda gedən hərbi əməliyyatlara qarşı çıxıb. Bundan başqa o ABŞ-nin indiki prezidenti Donald Trampın əleyhdarıdır.
Filmoqrafiyası
ilFilmin adıOrjinal adıRol1993Sənin üçün mahnıA song for youQas Devison1994Ayna,Ayna 2: Qarğanın rəqsiMirror, Mirror 2: Raven DanceKristian1994Orda mənim gözəlçəm gedirThere Goes My BabyCey Di1995Göylərin hədiyyəsiA Gift from Heaven1996Marti Faynın taleiThe Destiny of Marty FineBrett1996StamatoloqThe DentistStiv Landers1996Qan puluBlodd MoneyEttorni1996Ayna,Ayna 3: MüşahidəçiMirror, Mirror 3: The VoyeurCoui1997Miladın II günüOn the 2nd Day of ChristmasBert1998Təhlükəsiz adamSafe ManFrenk19985454Rikko1998HudiniHoudiniTeo1999Vannada balıqA Fish in the BathtubCoel1999Şeytanla getməkRide with the DevilAlf Bouden2000SadiqCommittedTi-Bou2000Mənə arxalana bilərsənYou Can Count on MeTerri Preskot2001Həyat/RəsmLife/DrawingAleks2001Sonuncu QəsrThe Last Castleİets2002XX/XYXX/XYKoulz2002Küləklə danışanlarWindtalkersPappers2003Mənsiz həyatımMy Life Without MeLi2003Görünüş yuxarıdan yaxşıdırView from the TopTed Stüart2003Kəsikdəİn the CutCovanni Maelloy2004Biz artıq burda yaşamırıqWe Don’t Live Here AnymoreCek Linden2004Təmiz zəkanın sonsuz parıltısıEternal Sunshine of the Spotless MindSten200430dan 13ü13 Going on 30Mett Flemxaff2004HəmiştirakçıCollateralDetektiv Fenninq2005Səma və yer arasındaJust Like HeavenDevid Ebbot2005Şaiələr gəzirRumor Has It…Ceff Deyli2006Bütün kralların adamlarıAll the King’s MenAdam Stenton2007ZodiakZodiacDevid Toski2007Bron edilmiş yollarReservation RoadDvayt Arno2008KorluqBlindnesshəkim2008Blum qardaşlarıThe Brothers BloomStiven2008Nə səni öldürmürWhat Doesnt Kill YouBrayan Reyli2009Bədheybətlər yaşayan yerWhere the Wild Things AreMaksın anasının dostu2010Uşaqlar yaxşıdırKids Are All RightPol2010Zindan adasıShutter İslandÇak Oul/həkim Lester Şin2010Görüş gecəsiDate NightBred Sallivan2011MarqaretMargaretCeyson Berstoun2012QisasçılarThe AvengersBrüs Benner/Halk2013Dəmir adam 3İron Man 3Brüs Benner/Halk2013Yalan illüziyasıNow You See MeDilan Rods2013Yenidən başlayaqBegin againDen Malliqan2014Sonsuz Aģ ayıInfinitely Polar BearKemeron Stüart2014Tülkü ovuçusuInfinitely Polar BearDeyv Şulç2014Normal ürəkThe Normal HeartNed Uiks2015Qisasçılar: Altron dövrüThe Avengers: Age of UltronBrüs Benner/Halk2015Diqqət mərkəzindəSpotlightMaykl Rezendes2016Yalan illüziyası 2Now You See Me 2Dilan Rods2017Tor: RaqnarökThor: RagnarökBrüs Benner/Halk2018Qisasçılar: Sonsuzluq müharibəsiAvengers: Infinity WarBrüs Benner/Halk2019Qisasçılar :FinalAvengers: EndgameBrüs Benner/Halk2019Qara sularDark WatersRobert Bilott
İstinadlar
Kateqoriya:Viskonsində doğulanlar Kateqoriya:22 noyabrda doğulanlar Kateqoriya:1967-ci ildə doğulanlar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Emmi mükafatı Kateqoriya:Kişi feministlər Kateqoriya:ABŞ feministləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:ABŞ sosialistləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ televiziya aktyorları