() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.

Bu cinsin adı yunanca "triton" sözündən götürülmüşdür, mənası "flüger" deməkdir. O, çiçəklərinin dağınıq formasına görə belə adlandırılmışdır. Tritoniya cinsinin 50-yə yaxın növü məlumdur. Onlardan 6-sı gülçülükdə geniş istifadə olunur. Zəfərançiçəkli tritoniya (bağ montbresiyası) (T.x. crocosmaeflora) mülayim iqlim zonalarında bitən soyuğa davanmsız, soğanaqlı ot bitkisidir. Çiçək qrupu qollu-budaqlıdır və üzərində çoxlu çiçəyi vardır. Narıncı-qırmızı çiçəyi mərkəzə yaxın sıxlaşır. Tritoniya istisevən bitki olduğundan hər il payızda onu çıxarıb sərin yerdə saxlamaq lazımdır. Mayda tritoniyanın soğanağını 5–7 sm dərinliyə əkirlər. Bitkilər arasındakı məsafə 15–18 sm olmalıdır. Tritoniya soğanaqlı yumrularının bölünməsi ilə çoxalır.

Sinonimləri

Homotipik sinonimləri

Heterotipik sinonimləri

Növləri

İstinadlar

Həmçinin bax