Serafim Veçkanov (tam adı: Pyotr Semyanoviç Qluxov, ; ) — erzyan əsilli SSRİ yazıçısı, Mordoviyanın ilk jurnalistlərindən biri. Mordoviya pedaqoqlarından Makar Yevseyevin bacısı oğlu.
Həyatı Pyotr Qluxov 26 dekabr 1898-ci ildə Simbirski vilayəti, Buinski qəzası, Malıe Markalı kəndində (indiki Çuvaşıstan Respublikası, Batırevski rayonu) kəndli ailəsində anadan olmuşdur. Beş yaşında ikən atası tif xəstəliyindən həyatını itirir. Anasının qardaşı Makar Yevseyev erkən öyrənməyə maraq göstərən oğlanın təhsilini öz üzərinə götürür. Pyotr Qluxov Kazandakı Müəllimlər Seminariyasının Mordva məktəbində təhsil almağa başlayır. 1916-cı ildə isə Kazan Müəllimlər Seminariyasını bitirir. Bir müddət sonraimperator ordusuna çağrılır. Dörd ay artilleriya qüvvələrində xidmətdən sonra ağır yaralanır. Xəstəlik səbəbi ilə ordudan tərxis olunur. Oktyabr inqilabından sonra Bolşeviklərin tərəfində Vətəndaş müharibəsində iştirak edir. 1922-ci ildə İrkutska əmək müfəttişi olaraq göndərilir. Sonra vergi müfəttişi vəzifəsi çalışır. 1923-cü ildə Moskvada mərkəzi maliyyə işçiləri kursunda oxumuşdur
1924-cü ilin iyul ayından 1927-ci ilə qədər «Yakstere teşte» («Qırmızı ulduz») qəzetində redakdor işləmişdir. O, burada müxtəlif iqtisadi məsələlər haqqında yazılar dərc etmişdir. 1930-cu ildə Moskva Sənaye və İqtisadiyyat İnstitutunun poçt şöbəsini bitirmişdir. 1931-ci ildən təqayud aldığı dövürə qədər Magnitogorsk şəhərində bir metalurgiya zavodunda işləmişdir.
Fəaliyyəti Ədəbi yaradıcılığa 20-ci illərin sonlarında başlamışdır. Mordova ədəbiyyatının qızıl fondunda «Kedrovoy peşt» adlı hekayəsi ilə düşmüşdür. Bu əsər 30-cu illərdən bu yana məktəb dərsliklərinə daxil edilmişdir. Erzya-Mordoviya məktəblərinin 9 sinifləri üçün «Tirin ədəbiyyatı» antologiyasını yazmışdır. Üstəlik onun «Varma Melqa» hekayəsi («Külək arxasında») dərsliklərə daxil edilmişdir. M.E. Evseviyev, F. F. Sovetkin, S. D. Erzey (Nefedov) ilə görüşlər barədə onun oçerqləri böyük maraq doğurur.
Pyotr Qluxov 7 fevral 1979-cu ildə vəfat etmişdir. Maqnitoqorsk şəhərində dəfn olunmuşdur.
Mənbə Глухов, Пётр Семёнович // Мордовская библиотека Кудявнин В. И. Глухов Пётр Семёнович // Чувашская энциклопедия Яковлев А. Он стоял у истоков мордовской литературы // За Победу. Ибресинская районная газета İstinadlar
Kateqoriya:Erzyan dilində yazan yazıçılar