Bob Anderson (; ) — ingilis motosiklet və avtomobil yarışçısı, 29 Qran-pri Formula 1-də iştirak etmişdir.
Karyerasına 1953-cü ildə moto yarışlarda iştirak edərək başlamış, 7 ildə iki dəfə North West 200 qalibi olmuş, müntəzəm olaraq xal qazanmışdır. Lakin, 1960-cı ildə iştirak etdiyi yarışda zədə aldı. Formula Junior –da və 5 il 1963–67-ci illərdə Formula 1-də iştirak etdi.
1967-ci ildə Silverstone Circuit –də test zamanı qəzaya düşdü.
Bioqrafiya Anderson, 1931-ci ildə Britaniyada anadan olub. Karyerasına 50-ci illərdə moto yarışlarda iştirak edərək başladı.
1960-cı ildə aldığı zədə nəticəsində motosiklet yarışlarına son qoydu və öz imkanlarını qiymətləndirmək üçün, Anderson, Formula Junior-da çıxış etməyə başlayır.
Daha sonra Lotus komandasında yarışlara qatılır.
Bob üçün Formula 1-də ilk mövsüm 1963 ildə başladı. O, Dünya Kubokunun iki mərhələsində iştirak etdi, burada iki dəfə 12-ci yerdə qərarlaşdı. Daha sonra Bob The 1964 Formula 1 mövsümündə iştirak etdi və artıq ikinci hissədə xal qazandı.
The 1965 Formula 1 mövsüm oyununun sonunda ona məxsus avtomobillə qəzaya uğrayır. Bu qəzada o zədə almadan xilas olur. O yenidən yarışlara davam edir.
Daimi uğursuz çıxışlar və avadanlığın sıradan çıxması, onu yarışları tərk etməyə məcbur edirdi, lakin o davam etməyə qərar Verdi. 1967-ci ildə yağışlı havada Silverstone-də test apararkən idarəetməni itirərək qəzaya düşür. 36 yaşlı Anderson bu qəzada ciddi zədələr aldığından həyatını itirir.
İstinadlar
Xarici keçidlər Андерсон, Боб (гонщик) Kateqoriya:Birləşmiş Krallıq avtomobil yarışı sürücüləri