Akif Qəhrəmanlı — yazıçı-jurnalist, tərcüməçi.
Həyatı Akif Qəhrəmanlı 1942-ci ilin fevral ayında Oğuz rayonunda anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirir. Ali təhsil almaq üçün Bakıya gəlir. İlk cəhddən ali məktəbə daxil ola bilməyən A. Qəhrəmanlı bir müddət zavod və fabriklərdə, Metropolitendə fəhləlik edir. 1964-cü ildə hərbi xidmətdən qayıdıqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsində təhsil alır. Təhsil aldığı müddətdə tərcüməçilik etməyə başlayır.
Əmək fəaliyyəti 1968-ci ildən 1984-cü ilədək Azərbaycan Dövlət İnformasiya Agentliyində tərcüməçi-redaktor, 1984-cü ildən 1986-cı ilədək Azərbaycan Dövlət Nəşriyyatında elmi redaktor, daha sonra şöbə müdiri, 1986–1990-cı illərdə "Kommunist" qəzetində Beynəlxalq həyat və təcrümə şöbəsinin müdiri vəzifələrindən çalışmışdır. 1991-ci ildən 2005-ci ilə qədər Prezident Aparatında sektor müdiri vəzifəsində işlədi.
Kitab 2019-cu il aprelin 26-da Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Beynəlxalq Mətbuat Mərkəzində Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasim iştirakçılarına "Mən sabah da varam" adlı kitab da təqdim edilmişdir.Tərcüməçi-jurnalist Akif Qəhrəmanlının anım mərasimi
Tərcümə kitabları S.Kərimovun "Niyazi" Q.Kərimovun "Şəriət və onun sosial mahiyyəti" G.Şvetsin "Mən marafon qaçıram" L.Medvedkonun və A.Germanoviçin "Allahın adı ilə" Branko Çopiçin "Özümüz zillətdə,xəyalımız cənnətdə" B.Oleynikin "Zülmət sultanı" SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "İslam" "Müsəlman bayramları"Kitab Təqdimatı
Mükafatları 1981-ci ildə aldığı Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan tərcüməçiləri