Jil Delöz (; ) — Fransa filosofu, qitə fəlsəfəsinin nümayəndəsi.

Həyatı Jil Delöz 18 yanvar 1925-ci ildə Fransanın paytaxtı Paris şəhərində anadan olmuşdu. Orta sinifdən olan mühafizəkar bir ailədə dünyaya gələn Jilin atası mühəndis idi.

Jil Delöz 4 noyabr 1995-ci ildə Paris şəhərində vəfat edib.

Fəlsəfəsi

Felks Qvattari ilə çalışmaları Jil Delöz postmodernizm estetikasının inkişafında mühüm fəaliyyəti ilə xüsusilə fərqlənmişdir. Lakan, Fuko və Derrida kimi, Delöz və Qvattari də, freydizm ideyalarını poststrukturalist elementlərlə zənginləşdirmişlər. O, postmodernist estetik təfəkkür zəminində incəsənətin strukturalist və paralel olaraq psixoanalitik tədqiqini həyata keçirmişdir. Poststrukturalizm dövründə onların estetik araşdırmaları əsasən, freydizmin psixoanalitik konsepsiyasında şəxsiyyətin simvolik strukturunun yeni ictimai‐mədəni normalarla əlaqələndirilməsinin bir sıra xüsusiyyətləri və motivləri ətrafında aparılmışdır. Delöz və Qvattarinin birgə müəllifliyi ilə yazılan "Kapitalizm və şizofreniya" ikicildliyinin burinci cildi olan "Anti‐Edip" (1972) əsərində postmodernist incəsənətin bir sıra maraqlı təhlilləri aparılmışdır.

Delöz və Qvattari Freydin ardınca belə hesab etmişlər ki, incəsənət məhsulları qeyri‐şüuri istəklərin sənətdə realizə olunmasıdır. Lakin Freydin psixoanalitik konsepsiyasından və həmçinin də Lakanın təhtəlşüurluluğun simvolik strukturoloji təhlilindən fərqli olaraq, Delöz və Qvattari incəsənətin təhlilini şizoanaliz metodu vasitəsilə həyata keçirmişlər. Şizofreniya burada psixoloji hadisə kimi deyil, kütləvi ictimai‐siyasi hadisə kimi məna kəsb edir. Delöz və Qvattari "Anti‐Edip" əsərində həmçinin rizoma adlı digər bir anlayış da irəli sürmüş və bu anlayışı məxsusi olaraq "Rizoma" (1976) adlı əsərdə geniş təhlil etmişlərDosse, Fransois. Gilles Deleuze and Félix Guattari: intersecting lives. — N. Y.: Columbia University Press, 2010..

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fransız filosoflar Kateqoriya:Paris Universitetinin məzunları Kateqoriya:Parisdə doğulanlar Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Özünü ataraq intihar edənlər Kateqoriya:Empiristlər Kateqoriya:Ontoloqlar Kateqoriya:İdeyalar tarixi Kateqoriya:Metafiziklər Kateqoriya:Materialistlər Kateqoriya:Epistemoloqlar Kateqoriya:Ateist filosoflar Kateqoriya:Fransız ateistlər Kateqoriya:XX əsr filosofları Kateqoriya:Siyasi filosoflar Kateqoriya:XX əsr təhsil nəzəriyyəçiləri Kateqoriya:Fransa esseistləri Kateqoriya:Psixoloji filosoflar Kateqoriya:İncəsənət filosofları Kateqoriya:Fransa filosofları Kateqoriya:Ədəbiyyatşünaslar Kateqoriya:XX əsr Fransa qeyri-bədii əsər yazan yazıçıları