Zofiya Zamenhof (; ) — yəhudi-polyak əsilli pediatr, esperanto dilinin yaradıcısı Lüdviq Lazar Zamenhofun qızı.
Həyatı Zofiya 1907-1913-cü illərdə Lozanna Universitetində tibb təhsilini başa vuraraq 1914-cü ildə Sankt-Peterburqda dövlət imtahanından keçmişdir.Louis Falstein, The martyrdom of Jewish physicians in Poland, Exposition Press, 1964, s. 493 Daha sonra daxili və pediatriya xəstəlikləri sahəsində ixtisaslaşmağa davam etmişdir. Zofiya Lebedində, 1922-ci ildən isə Varşavada xəstəxanaların birində işləyib. İkinci Dünya müharibəsi zamanı Varşavadakı gettoya köçür. Faşistlərin olmasına baxmayaraq, tutulub ölüm düşərgəsinə göndərilənədək tibbi fəaliyyətinə davam etmişdir. 1942-ci ildə Varşava gettosundakı Umşlaqplatsdan götürülərək Treblinka ölüm düşərgəsinə aparılmış və burada qaz kamerasında ölümə məhkum edilmişdir.
Zofiyanın simvolik məzarı Varşavanın yəhudi məzarlığında yerləşir. Klara Zamenhofun türbəsinin yaxınlığında xatirə lövhəsi də yerləşir. İstinadlar
Kateqoriya:Polşa yəhudiləri Kateqoriya:Esperantoca danışan yəhudilər