Dodo mağara kilsəsi () — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur.

Tarixi

Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Onun tarixi aid olduğu monastırın ümumi tarixi ilə birbaşa əlaqəlidir. XII-XV əsrlərdə tikili monastır və monastır kilsəsi kimi fəaliyyət göstərmişdir. XIII-XVIII əsrlərdə kompleks monqollar, Teymurilər, Səlcuqlular və Səfəvilərin hücumlarına məruz qalmış, dəfələrlə yağmalanmış və tərk edilmişdir.

Memarlıq xüsusiyyətləri

Kilsə müxtəlif dövrlərə (VI-XVIII əsrlərə) aid mağaralar kompleksindən ibarətdir. Kilsənin əsas zalı XI-XIII əsrlərə aid edilir. Qayanın küncündə yerləşən kiçik sövmə kilsənin ən mühüm və qədim hissəsi olmaqla ziyarətgah kimi istifadə olunur.

Kilsənin əsas zalı mühüm tarixi və mədəni əhəmiyyətə malik olan freskalarla bəzədilmişdir. Mərkəzi altar freskasında Xeyir-dua verən İsa təsvir edilmişdir. O, sol əlində üzərində gürcü əlifbası ilə yazı yazılmış qapalı kitab tutmuşdur. Məsihdən aşağıda arxangellər Mikayıl və Cəbrayıl, o cümlədən xeruvimlər təsvir edilmişdir.

İstinadlar

Ədəbiyyat Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948.

Kateqoriya:Keşikçidağ monastır kompleksi Kateqoriya:Saqareco məbədləri Kateqoriya:Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni Abidələri