Manuel de Faya () — ispan bəstəkarı, pianoçu.

Bioqrafiya Anası Kataloniyadan, atası isə Valensiyadandır. İlk musiqi dərslərini fortepianoda anasından almışdır. 1889-1895-ci illərdə Madriddə X.Traqodan fortepiano musiqiləri öyrənmişdir. 14 yaşında Faya artıq kamera-inustrumental ansambl üçün musiqilər yazmağa başlamışdır. 1896-cı ildə Madrid Konservatoriyasna daxil olmuşdur. Onun əsas müəllimi Felipe Pedrel olmuşdur. 1907–1914-cü illərdə Parisdə yaşamış, K.Debyussi, J.Ravel, P.Dyuka, İ.Albenis, P.Pikasso ilə tanış olmuşdur. 1919-cu ildə Madrid şəhərindən İspaniyanın Qranada şəhərinə köçmüşdür. Burada Fedriko Lorka və onun dostları ilə tanış olmuşdur. 1926-cı ildə Fayanın doğulduğu şəhərdəki teatr onun adına adlandırılmışdır. 1939-cu ildə İspaniyada Respublikaçılar məğlub olduqdan sonra Faya Argentinada yaşamış və 1946-cı ildə orada vəfat etmişdir. 1947-ci ildə onun nəşinin külü doğulduğu Kadis şəhər qəbiristanlığında dəfn edilmişdir.

Yaradıcılığı 14 yaşında Faya artıq kamera-inustrumental ansanbl üçün musiqilər yazmağa başlamışdır. 1896-cı ildə ilk musiqi pyeslərini yazmışdır. "Qısa ömür" (1905, tamaşası 1913) operası ilə məşhurlaşmışdır. Faya pianoçu kimi konsertlərdə çıxış etmişdir. "Füsunkar məhəbbət" (1915), "Üçkünc şlyapa" (1919) baletləri, opera, balet-pantomima və kukla tamaşaları elementlərinin vəhdətinə əsaslanan "Maestro Pedronun balaqanı" (1923) əsəri, fortepiano ilə orkestr üşün "İspaniya bağlarında gecələr" (1915), fortopiano üçün "Beti fantaziyası"(1919), klavesin və beş alət üçün konserti (1924), fortepiano pyesləri və mahnıları məşhurdur. Faya üçün Qərbi Avropa musiqi nailiyyətləri ilə milli musiqi ənənələrinin sintezi səciyyəvidir.

İstinadlar

Kateqoriya:İspaniya musiqiçiləri Kateqoriya:Qaraçı musiqiçilər Kateqoriya:Musiqi