Sabir küçəsi, 53 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi.

Memarlıq xüsusiyyətləri

Gəncənin dövrümüzə çatmış tarixi evləri ilə müqayisədə Sabir küçəsi, 53 ünvanında yerləşən evin planlaşdırılmasında otaqların ənənəvi yerləşdirilməsi xüsusiyyətindən qaçaraq, plana daha kompakt görünüş verilməyə çalışmışdır. Konstruktiv xüsusiyyətləri baxımından isə, ev, həmdövrü olduğu digər oxşar tikililərdən fərqlənmir.

Memarlıq-fəza kompozisiyası baxımından ümumi həcmin nisbətləri yaxşı olsa da, ayrı-ayrı detalların, xüsusilə taxta hissələrin işlənməsi, kərpic hörgünün formalı istifadəsi və sair digər həmdövr abidələrlə müqayisədə daha zəifdir. İstinadlar

Ədəbiyyat

Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncə memarlığı Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri