Anna Zegers () — Alman yazıçı.

Həyatı Anna Zegers ailənin tək uşağı olub. 1907-ci ildə ibtidai təhsilinə başlayib, sonra 1910-cu ildə bugünkü adı Frauenlob - Gimnaziya olan qız məktəbinə gedib. Birinci Dünya müharibəsində köməkçi xidmətlərində işləyib, 1920-ci ildə isə liseyi bitirib. Köln Üniversitetində və Heidelberg Ruprecht Karl Üniversitetində tarix, incəsənət tarixi və Çin filolologiyası üzrə ixtisaslaşıb. 1924-cü ildə doktor adını qazanıb.

Fəaliyyəti 1947-ci ildə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Şərqi Almaniyaya qayıtdı və Berlində məskunlaşdı. 1947-ci ildə o, Almaniyanın ən nüfuzlu ədəbi mükafatı olan Georg Büxner mükafatına layiq görülüb. 1959-cu ildə Qərar romanı, 1968-ci ildə isə davamı olan Güvən əsəri nəşr olundu. Zegers Beynəlxalq Lenin Mükafatları Komitəsinin üzvü idi. O, həm də Alman Yazıçılar İttifaqının sədri (1958-1978) və Alman Rəssamlıq Akademiyasının üzvü olmuşdur. 1 iyun 1983-cü ildə Berlində vəfat etmişdir.

Ölümündən öncə 1969-cu ildə Anna Zegers Sovet İttifaqına dəvət edildi. Xəstəliyi səbəbindən gedə bilmədi və əvəzində o vaxt tələbə olan və rus dilini yenicə öyrənməyə başlayan nəvəsi Jan Radvanini göndərdi. 2008-ci ildə o, Moskvaya qayıdıb və Fransa səfirliyi yanında Franko-Rusiya Humanitar və Sosial Elmlər Mərkəzinə rəhbərlik edib. Yazıçının nəvəsi siyasi coğrafiya üzrə görkəmli mütəxəssisə çevrildi və onun rus macəraları "Başqa Rusiyadan qayıdış. Putinin ölkəsində batmaq" adlı əsərində əks olunub.

Berlinin küçələrindən biri Anna Zegersin adını daşıyır. 1955-ci ildən ölümünə qədər yaşadığı Adlerşof rayonunda yerləşən yazıçının mənzili indi muzeyə çevrilib.

İstinadlar

Kateqoriya:Yəhudi qadın yazıçıları Kateqoriya:XX əsr Almaniya yazıçıları Kateqoriya:Almaniya yəhudiləri