Bahar Əvəz qızı Muradova () — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini (2005-2020),Muradova Bahar Əvəz qızı Milli Məclisin deputatı (II, III, IV və V çağırışlar), ATƏT-in Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri (2005-2020), siyasi elmlər üzrə fəlsəfə doktoru.
Həyatı Erkən illəri və təhsili Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub.
1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini, 1981-ci ildə Bakı Yüngül sənaye texnikumunu fərqlənmə diplomu ilə bitirib.Komitə sədrinin dosyesi
1984-1990-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1994-2000-ci illərdə Azərbaycan Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alıb.Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Rus və ingilis dillərini mükəmməl bilir.
Elmi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 30 oktyabr 2009-cu il tarixində "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.Milli Məclisin sədr müavini Bahar Muradova dissertasiya müdafiə edib
Karyerası 1981-ci ildə Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü kitabsevərlər cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.
Siyasi karyerası 1993-cü ildən Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsində referent kimi çalışmışdır.
Yeni Azərbaycan Partiyası Bahar Muradova 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
1994-1999-cu illərdə YAP Yasamal rayonu təşkilatı İdarə Heyətinin üzvü olub; 1995-2009-cu illərdə YAP Qadınlar Şurası sədrinin müavini; 1999-cu ildə keçirilən Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şuranın və İdarə Heyətinin üzvü seçilib; 2005-ci ilədək YAP icra katibinin müavini olaraq çalışıb. 2013-2021-ci illərdə YAP Beynəlxalq Əlaqələr komissiyasının sədri; 2021-ci ilin mart ayında YAP-da keçirilən qurultayda yenidən İdarə Heyətinin üzvü seçilib.
Milli Məclis 2005-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini vəzifəsində çalışıb.
Milli Məclisin II (2000), III (2005), IV (2010), V (2015) çağırış deputatı seçilib.
Üzv olduğu komitələr: 2000-2005 — Hüquq siyasəti və dövlət quruculuğu komissiyası, eyni zamanda Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyəti; 2006-cı il — Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası; 2015-2020 — Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri; 2005-2020 — ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü; 2008-2020 — Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri. 12 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri təyin edilib.B.Ə.Muradovanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 2021-ci il 3 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilib.
Mükafatları Bahar Muradovanın təltifləri və mükafatları:
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni (2012-ci il) Parlamentarizm inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Milli Məclisin fəxri medalı (2012) "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub (2018) "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2019) 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2022) "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı (2023) "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)" yubiley medalı (2023) "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı” (2024)
Şəxsi həyatı Bahar xanım Muradova ailəlidir, Mingəçevir şəhərinin əsasını qoyanlardan biri olan Şahvələd Quliyevin gəlinidir. Bir uşağı var.
Həmçinin bax Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Siyasi elmlər üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan vəkilləri Kateqoriya:Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin müavinləri Kateqoriya:Azərbaycan Milli Məclisinin İnsan hüquqları Komitəsinin sədrləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədrləri Kateqoriya:Azərbaycan Dillər Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri