Fətəli şah Qacar (; ) — Qacar şahı. Əsl adı Baba Xan olub İranda hökm sürən Qacar ​​Xanədanının banisi Ağaməhəmməd şahın qardaşı Hüseynqulu xan Qovanlı-Qacarın oğludur. Əmisi Ağaməhəmməd şah Qacar uşağı olmadığı üçün onu vəliəhd təyin etdi və Fars, Kirman, Yəzd əyalətlərinə vali olaraq göndərdi. Baba Xan əmisi öldürülüncə Farsdan Tehrana gəldi və Fətəli şah adıyla hökmdarlığını elan etdi. Taxta ən yaxın dəstək ordunun böyük bir hissəsi üzərində hakim olan Hacı İbrahim xandan gəldi. Əvvəl 1801-ci ildə Xorasan xanlarını özünə bağlayaraq səltənətini sağlamlaşdıran Fətəli şah çox keçmədən İngiltərə, Fransa və Rusiyanın at oynatdıqları bir rəqabət meydanına çevrilən İranda bəzən bunlardan birinə, bəzən da digərinə dözmək surətiylə varlığını davam etdirdi. Bu rəqabətdən, Fransa və Rusiyanın əməllərinin reallaşmasını önləmək və özləri üçün böyük bir təhlükə olaraq gördükləri əfqanları İranın nəzarəti altında tuta bilmək üçün böyük səy göstərən İngiltərə qazanclı çıxdı. 1801-ci ildə Britaniya və İran arasında siyasi və ticarət müqaviləsi imzalandı.

Həyatı Baba xan (əsl adı Fətəli xandır. Ulu babasının şərəfinə adlandırılıb) 1769-cu (hicri 1185-ci) ildə Astrabadın Siyahçalında dünyaya gəlib.

1834-cü ildə vəfat edib.

Hakimiyyətə gəlişi Qacar xanın baş naziri (Sədrəzəm) Etimadəddövlə adı ilə tanınan Hacı İbrahim xan Kəlantər İran şahının ölüm xəbərini Baba Yusif adlı bir xidmətçi vasitəsilə Ağa Məhəmməd şah Qacarın vəliəhdi Xanbaba Cahanbaniyə çatdırdı. Baba Yusif məktubu ona Şirazda çatdırdı. İki təzadlı fikri Xanbaba Cahanbaniyə bir məktubda çatdırmalı olan Hacı İbrahim xan Etimadəddövlə məktubun əvvəlində ondan əvvəl deyilmiş bir şeir yazdı. Bu şeir həyatı tərk etmiş şahın ölüm xəbərini taxt-taca varis olacaq yeni padşaha çatdırmaq və onu təbrik etmək məqamında yazılırdı. O şeir belə idi:

Bilmirəm ağlayım, yoxsa ki, gülüm, Çünki dərya batdı, yox oldu, lakin gövhər üzə çıxdı.

Xanbaba Cahanbani (Fətəli şah) əmisinin ölüm xəbərini eşidib ağladı. Onun ətrafındakılar da bir az ağlayıb sonra Xanbabanı təbrik etdilər. Baba Yusif Şafir Xanbabadan ənam aldıqdan sonra İranın yeni padşahının məktublarını Şiraz və İsfahan arasında yerləşən şəhərlərin hakimlərinə çatdırmaq üçün mürəxxəs oldu.

Xanbaba Cahanbaninin göstərişi ilə tezliklə möhür həkk olundu və müxtəlif vilayətlərə göndərilən proqramlar həmin möhürə Şah Baba Qacar adı ilə möhürləndi. Yeni padşah 1797-ci miladi/1212-ci hicri ilinin Ramazan bayramında özünə Fətəli şah adını qoydu. Həmin ilin Ramazan bayaamı günü Novruz bayramının və baharın başlandığı gün idi və həmin gün Fətəli şah Tehranda tacqoyma mərasimi keçirdi.

Yaradıcılığı Fətəli şah şair idi. Xaqan təxəllüsü ilə şeirlər yazırdı.

Eşitmişəm ki, busənin qiymətini cana bərabər edib, Min heyif olsun ki, bədənimdə min canım yoxdur.

Gözəllərin üzünün xəyalı ilə sinəmdən ucalan ürək nalələrim Firəng kilsəsindəki zəng səsi kimidir. (Sətri tərcümə)

Övladları Oğulları Məhəmmədəli mirzə Qovanlı-Qacar, Dövlətşahi (1788–1821) Abbas mirzə Qovanlı-Qacar Naibəssəltənə, (1789–1833) Məhəmmədqulu mirzə Qovanlı-Qacar Məhəmmədtağı mirzə Qovanlı-Qacar Məhəmmədvəli mirzə Qovanlı-Qacar Hüseynəli mirzə Qovanlı-Qacar Həsənəli mirzə Qovanlı-Qacar Əlinağı mirzə Qovanlı-Qacar Şeyxəli mirzə Qovanlı-Qacar Əlixan mirzə Abdulla mirzə Məhəmmədrza mirzə İmamverdi mirzə Mahmud mirzə Heydərqulu mirzə Hümayun mirzə Allahverdi mirzə İsmayıl mirzə Əhmədəli mirzə Qovanlı-Qacar Əlirza mirzə Keyqubad mirzə Bəhram mirzə Şapur mirzə Məlik Qasım mirzə Qovanlı-Qacar Manuçöhr mirzə Hürmüz mirzə Məlik İrəc mirzə Keykavus mirzə Şahqulu mirzə Məhəmmədmehdi mirzə Keyxosrov mirzə Keymərz mirzə Cahanşah mirzə Süleyman mirzə Fətulla mirzə Məlik Mənsur mirzə Bəhmən mirzə Sultan Məhəmməd mirzə Sultan Səlim mirzə Sultan Mustafa mirzə Seyfulla mirzə Yəhya mirzə Məhəmmədəmin mirzə Sahibqran mirzə Pərviz mirzə Məhəmmədhadi mirzə Fərruxsiyər mirzə I Əliqulu mirzə Qovanlı-Qacar Sultan Əhməd mirzə Kamran mirzə Abbasqulu mirzə Əmənulla mirzə Nurulla mirzə Cəlaləddin mirzə Sultan Hüseyn mirzə Xanbaba Cahansuz mirzə Övrəng mirzə

Həmçinin bax Qacarlar

Kateqoriya:Azərbaycan hökmdarları Kateqoriya:Qacar şahları Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:İran siyasətçiləri Kateqoriya:Mesenatlar Kateqoriya:İran şəxsləri Kateqoriya:Britannika Ensiklopediyası