Rüstəmov Arif Sədi oğlu () — fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Qazax filialinin direktoru.

Həyatı 1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1977-ci ildə Ağstafa rayonu 1 №li orta məktəbini qızıl medalla bitirmişdir.

1977-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olmuş, 1982-ci ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir. 1982–1985-ci illərdə Şamaxı rayonu Ərəbşalbaş kənd orta məktəbində tarix müəllimi və direktor müavini vəzifələrində işləmişdir.BDU-nun Qazax filialının yeni direktoru kimdir? –Tərcümeyi-hal. faktinfo.az 1985-ci ilin iyun ayından BDU-nun indiki politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.İcra başçısı BDU-nun Qazax filialında 2019/2020-ci tədris ilinin onlayn yaz imtahan sessiyasının gedişi ilə maraqlanıb. heydaraliyev-centers.az

2008–2013-cü illərdə BDU sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir. Politologiya və sosiologiya kafedrasının dosentidir. 4 mart 2019-cu ildən etibarən Bakı Dövlət Universitetinin Qazax filialinin direktorudur.BDU-nun Qazax filialına direktor təyin edildi. azedu.az 1990-cı ildən fəlsəfə üzrə fəlsəfə doktorudur. 2003-cü ildən dosentdir.BDU-nun Qazax filialı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb. editor.az

1 kitabın, 7 dərsliyin (həmmüəllif), 50-dən artıq elmi məqalənin, tədris proqramının və metodik işin müəllifidir. 1 nəfər elmlər namizədi yetişdirmişdir.Arif Rüstəmova YÜKSƏK VƏZİFƏ VERİLDİ. publika.az

Ailəlidir, 2 övladı var.

Elmi fəaliyyəti Tədris etdiyi fənlər Politologiya, sosiologiya, etnopolitologiya, sosial siyasət

Tədqiqat sahəsi Sosial nəzarət problemi

Kitablar Sosial idarəetmə : Sosial siyasət və onun həyata keçirilməsi. Bakı, BDU, 1988 Hər kəsin borcu. Bakı, Gənclik, 1990 Sosiologiya dərs vəsaiti. Bakı, 1994 Fəlsəfə dərslik. Bakı, 1997 Politologiya dərslik. Bakı, 2005 Sosiologiya dərslik. Bakı, 2006 Politologiya dərslik. Bakı, 2009

Metodik vəsaitlər Etnopolitologiya. Bakı-2008 (Xüsusi kursun proqramı) Sosial Siyasət . Bakı-2008 (Xüsusi kursun proqramı) Qaçqın və məcburi köçkünlərlə sosial iş . Bakı-2012 (Xüsusi kursun proqramı) Fəlsəfə Fənn üzrə proqram Bakı-2017

Seçilmiş əsərləri 87 elmi məqalə, xaricdə çap olunmuş 14 elmi məqalə.

Mükafatları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı. "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

İstinadlar

Mənbə Назначен новый директор Газахского филиала БГУ // report.az BDU-nun Qazax filialı Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb // editor.az BDU-nun Qazax filialında Bilik Günü qeyd olunub // bsu.edu.az Bu tarixi qələbəni bizə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və şanlı Azərbaycan Ordusu bəxş etdi // yeniazerbaycan.com BDU-nun Qazax filialının direktorundan İzmir zəlzələsi ilə bağlı açıqlama // editor.az BDU-nin Qazax filialı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb // report.az Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmovun 60 yaşını təbrik edirik // qazaxib.az BDU-nun Qazax filialının yeni direktoru kimdir? –Tərcümeyi-hal // faktinfo.az BDU-nun Qazax filialının direktorundan İzmir zəlzələsi ilə bağlı açıqlama // editor.az BDU-nun Qazax filialına bu il ilk dəfə 4 ixtisasa magistr qəbulu aparılıb // azertag.az

Kateqoriya:1959-cu ildə doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycanlı alimlər