Səməd Əmiraslan oğlu Tağıyev (Tağızadə) () — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı Səməd Tağıyev (Tağızadə) 1907-ci ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Aktyorluq fəaliyyəti 1920-ci illərin sonunda bu şəhərdə başlamışdır. Aktyorun fəaliyyəti, əsasən, 1933–1955-ci illərdə Gəncə Dövlət Dram Teatrı ilə bağlıdır. Gəncədə işləyə-işləyə Şəki Dövlət Dram Teatrının da eyniadlı əsərlərin tamaşalarında Otello, Aydın, Oqtay Eloğlu, Vaqif rollarını ifa etmişdir. Dəvətlə Şəmkir, Qazax və Ağdaş teatrlarında da rollar oynamışdır.

1955-ci ildə səsi tutulan aktyor səhnəyə çıxmasa da, teatrda truppa müdiri işləyib. 17 noyabr 1978-ci ildə Kirovabadda (hazırkı Gəncə) vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943

İfa etdiyi əsas rollar Gəncə Dövlət Dram Teatrında

Rol Tamaşa Müəllif Teymur ağa Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov Fəxrəddin Müsibəti-Fəxrəddin Nəcəf bəy Vəzirov İsgəndər Ölülər Cəlil Məmmədquluzadə Əlimərdan Eşq və intiqam Süleyman Sani Axundov Balaş Sevil Cəfər Cabbarlı Aydın Aydın Cəfər Cabbarlı Yaşar Yaşar Cəfər Cabbarlı Elxan Od gəlini Cəfər Cabbarlı Eyvaz 1905-ci ildə Cəfər Cabbarlı Bəhram Solğun çiçəklər Cəfər Cabbarlı Oqtay Eloğlu Oqtay Eloğlu Cəfər Cabbarlı Vaqif Vaqif Səməd Vurğun Fərhad Fərhad və Şirin Səməd Vurğun Xanlar Xanlar Səməd Vurğun Sərvər Arşın mal alan Üzeyir Hacıbəyov Babək Babək Əbil Yusifov Tərlan Bahar Məmmədhüseyn Təhmasib Qatır Məmməd Qatır Məmməd Zeynal Xəlil Fərhad Şərqin səhəri Ənvər Məmmədxanlı Karlos Madrid Mirzə İbrahimov Otello Otello Uilyam Şekspir Don Karlos Daş qonaq Aleksandr Puşkin Aleko Qaraçılar Aleksandr Puşkin Neznamov Günahsız müqəssirlər Aleksandr Ostrovski Ferdinand Məkr və məhəbbot Fridrix Şiller Karl Moor Qaçaqlar Fridrix Şiller Yuri İki qardaş Mixail Lermontov Doktor Firuz bəy Cancur Səməd Jan-Batist Molyer Şeyx Hadi Şeyx Sənan Hüseyn Cavid İldırım Atayev Atayevlər ailəsi İlyas Əfəndiyev Şirvan şahı Nizami Mehdi Hüseyn Mehdi Qaçaq Nəbi Süleyman Rüstəm Teadoro Nə yardan doyur, nə əldən qoyur Lope de Veqa Koşkin Lyubov Yarovaya Konstantin Trenyov Vasnetsov Vətən oğlu Konstantin Simonov

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktyorları