Yaqub Şakirəli — krım tatar yazıçı, və şairi.
Haqqında Yaqub Şakirəli 1890-cı ildə Baxçasarayda xırda tacirin ailəsində anadan olub. İbtidai və orta təhsilini Baxçasarayda alıb. 1905-ci ildə Tərcüman qəzetinin nəşriyyatında mətn yığan kimi işə başlayır. İlk dəfə elə bu qəzetdə öz əsərlərini yayımlamağa başlayır. 1916-cı ildən müəllim kimi fəaliyyət göstərir. Türkiyəyə və Kazana yerli ziyalılarla münasibət qurmaq üçün səfərlər edib. "Oxu yaz" (1915), "Məktəb və milli dil" (1916) kimi əsərləri yaradıb. Yaradıcılığında "Qış", "Dan", "Dəniz ilə yel" şeirləri xüsusən fərqlənir. 1917-ci ildə müəllimlər cəmiyyəti onun "Duyğularım" adlı əsərlər toplusunu Baxçasarayda çap etdirir. Sonradan onun 3 şeiri Refat Şakir-Aliyev və Natalya Samburova rus dilinə çeviriblər. 1930-cu ildə vəfat edib.
Həmçinin bax Riza Fazıl Yusif İsa Halim Həmdi Giraybəy
İstinadlar
Xarici keçidlər Якуб Шакир-Али – поэзия, пережившая жестокое время / Yaqub Şakirəli — Zamanın sınaqlarından keçən şeiriyyat
Kateqoriya:Krım tatar şairləri Kateqoriya:Rusiya imperiyası şairləri