Kişkunşaq Milli Parkı () ― Macarıstanın Baç-Kişkun medyesində yerləşən bir milli park. 1975-ci ildə yaradılmış və UNESCO tərəfindən biosfer qoruğu elan edilmişdir. Park 570 km² ərazini əhatə edir.
Xüsusiyyətləri Park tək bir ərazi deyil, bölgəyə səpələnmiş yeddi ayrı hissədən ibarətdir.
Bunlardan biri, köhnə pastoral həyatı və maldarlıq adətlərini canlandıran illik tədbirlərin keçirildiyi Kişkunsaq pustasıdır.
Bunlara həmçinin Kolon gölü də daxildir. Göl bataqlıq tısbağaları, vağlar, geniş qamışlıq və yaxınlıqda böyüyən doqquz səhləb növü ilə məşhurdur. Bölgədəki maraqlı təbiət hadisəsi ərazidə yerləşən qum təpələridir. Onların əlverişli külək şəraitində hərəkət etdikləri deyilir.
Coğrafiyası Parkda qələvi tərkibli bir neçə göl yerləşir. Göllərin misilsiz flora və faunası var. Burada bizdimdik, qaz və qaraqanadlı caydaqcüllüt kimi quşlar yuvalayır. Göllər on minlərlə köçəri quş üçün müvəqqəti sığınacq rolunu oynayır. Bu ornitoloq cənnəti həm də UNESCO-nun biosfer qoruğudur. Milli parkın daxilində çox sayda turist və təhsil cığırı və izləmə yeri var. Milli Parkın "Təbiət Evi" adlanan əsas ziyarətçi mərkəzi Keçkemetdə yerləşir.
Qalereya
Qeydlər
İstinadlar
Kateqoriya:Macarıstanda Ramsar yerləri Kateqoriya:1975-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Macarıstan milli parkları