Aleksey Bukulov (, ) — Cənubi Osetiya, Sovet yazıçısı və jurnalisti. Bioqrafiyası 8 iyun 1920-ci ildə Cənubi Osetiyanın Valitikau kəndində kəndli ailəsində anadan olmuşdur. 1940-cı ildə Stalinirski Pedaqoji Texnikumunu bitirir, sonradan Çkaraul ibtidai məktəbinin müdiri təyin edilir. Eyni məktəbdə müəllimliklə məşğul olur. 1940-cı ildə Qırmızı Orduda hərbi xidmətə çağırılır. İlk günlərdən Böyük Vətən müharibəsi döyüşlərində iştirak edir. 1942-ci ildə əsir düşür və Rumıniya ərazisindəki hərbçilər üçün düşərgəyə göndərilir. 1944-cü ildə düşərgədən qaçır və Qırmızı Orduya qoşularaq döyüşə davam edir. Bratislavanın azad edilməsi zamanı Çexoslovakiyada döyüşür. 1945-ci ilin aprelində ağır yaralanır və bir il xəstəxanada müalicə edilir. 1946-cı ildə tərxis olunaraq Cənubi Osetiyaya qayıdır.

Müxtəlif mətbuat orqanlarında çalışmışdır. Osetin ədəbi "Fidiuæg" jurnalının redaksiyasında korrektor olur. 1951-ci ildə denonsasiya ilə tutulur və 25 il düşərgə cəzası alır. Beş il düşərgədə qaldıqdan sonra sərbəst buraxılır. 1957-ci ildə Cənubi Osetiya Pedaqoji İnstitutunun (indiki - Cənubi Osetiya Dövlət Universiteti) Tarix və Filologiya fakültəsinə daxil olur və 1960-cı ildə oranı bitirir.

Cənubi Osetiya Pedaqoji İnstitutunu bitirdikdən sonra Cənubi Osetiya Radio Komitəsində çalışır. 1967-ci ildən "Fidiuæg" jurnalının redaksiyasında məsul katib işləyir. Daha sonra İriston kitab nəşriyyatının baş redaktoru, Cənubi Osetiyada radio yayımının baş redaktoru və Fidiuæg jurnalının nəsr şöbəsinin redaktoru vəzifələrini tutur.

1991-ci ildə baş verən silahlı qarşıdurma zamanı o, oğlunu itirir. Oğlunun ölümü sağlamlığına ciddi şəkildə təsir göstərir və 23 mart 2010-cu ildə Tsxinvalidə dünyasını dəyişir. Yaradıcılığı 1939-cu ildə nəşr olunmuş toplusunda ilk hekayəsi olan (Besonun sevinci) işıq üzü görür. 1957-ci ildə ilk hekayələr toplusunu olan (O günlər) nəşr edilir. Ona ən böyük şöhrəti (Dağ çiçəyi) roman-triologiyası və (Mahnı sağ qaldı) dilogiya romanının nəşrindən sonra qazanır. Ədəbiyyat Писатели Советской Осетии. [Биобиблиографич. справки], Сталинири, 1957 Дзугаев Г., Очерк истории осетинской советской литературы, Орджоникидзе, 1967 Дзуццаты Х., Хуссар Ирыстоны фысджытае, Цхинвал, 1967. Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 265—266, ISBN 978-5-7534-1499-01 Mənbə История одного солдата, или «Строки, опаленные войной» Юбилею писателя Алексея Букулова в Цхинвале посвятили творческий вечер Со дня рождения Гафеза — 100 лет İstinadlar