Ağabəy Əsgərov () — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri.

Həyatı Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir.

Siyasi-ictimai fəaliyyəti Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb.

1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2005-ci il tarixli sərəncamı ilə "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla Ağabəy Əsgərov "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.

Mükafatları Azərbaycan Respublikasının əməkdar jurnalisti 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (2011) "Şöhrət" ordeni (2017) "Puşkin" medalı — (2019)

İstinadlar

Kateqoriya:91-lər Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları