Disney+ — "The Walt Disney Company" şirkətinə məxsus abunə əsaslı ABŞ video striminq xidməti. Platforma əsasən "Walt Disney Studios" tərəfindən istehsal olunan film və teleserialları yayımlayır, həmçinin "Disney", "Pixar", "Marvel", "Ulduz müharibələri" və "National Geographic" brendlərinin məzmununu reklam edir. "Disney+" platformasında orijinal filmlər və seriallar yayımlanır.

"Disney+" 12 noyabr 2019-cu ildə ABŞ, Kanada və Niderlandda fəaliyyətə başlamışdır. Bir həftə sonra xidmət Avstraliya, Yeni Zelandiya və Puerto-Rikoda, 24 mart 2020-ci il tarixindən isə bəzi Avropa ölkələrində əlçatan olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2019-cu ildə yaranan saytlar

Kateqoriya:The Walt Disney Company Kateqoriya:2019-cu ildə televiziya Kateqoriya:Android proqramları Kateqoriya:Striminq xidmətləri Kateqoriya:2019-cu ildə tanıdılanlar Kateqoriya:Disney+ orijinal proqramları Kateqoriya:2019-cu ildə ABŞ-də yarananlar Kateqoriya:2019-cu ildə film