Massimo Ambrosini ( ; ) — İtaliyalı keçmiş futbolçu. Yarımüdafiəçi kimi çıxış edib.
Klub karyerası Massimo "Çezena" futbol məktəbinin yetirməsidir. Bu klubda o, daha sonra 17 yaşında peşəkar futbolda debüt edir. Klubdakı ilk mövsümünü kifayət qədər yüksək səviyyədə keçirərək (25 oyun), "Milan" klubuna transfer edilir.
San Siroda ilk iki mövsümdə cəmi 18 çempionat oyunundan sonra Ambrosini, bir mövsüm icarə əsasında "Viçentsa" klubunda oynayır. Həmin mövsüm Massimonun yeni komandası Kuboklar Kubokunun yarımfinalına yüksəlir. Bu uğurlu mövsümdən sonra Ambrosini "Milan"a qayıdır və burada komandanın əsas heyətində yer alaraq ilk mövsümdə klubu ilə Skudetto qazanır.
Hər mövsüm oyununu bir azda yaxşılaşdıran Ambrosini İtaliya millisinə dəvət alır və milli komanda ilə Avro 2000-də iştirak edir və burada komandası ilə birlikdə turnirin finalına yüksəlir.
18 mövsüm keçirdiyi "Milan"ın heyətində 2009-cu ildə kapitan olur. Massimo "Milan" ilə, Çempionlar Liqasının qalibi (2003, 2007), Avropa Superkubokunun qalibi (2003, 2007), İtaliya Kubokunun qalibi (2003), İtaliya çempionu (1996, 1999, 2004, 2011) və İtaliya Super Kubokunun qalibi (2011) olur.
İtaliyalı futbolçunun karyerası, bəlkə də, daha parlaq ola bilərdi, lakin tez-tez alınan zədələr oyunçunun öz bacarıqlarını tam şəkildə ortaya qoymasına mane olur. Xüsusən də bu zədələrə görə o, nə 2002-ci il Dünya Kubokunda, nə də 2006-cı ildə Dünya Kubokunda oynaya bilmir.
Avro 2008-də İtaliya millisinin bütün oyunlarında iştirak edib. link=https://en.wikipedia.org/wiki/File:Massimo_Ambrosini_%E2%80%93_A.C._Milan.jpg|right|thumb|412x412px|2012-ci ildə Ambrosini.
Uğurları Milan
İtaliya çempionu (4): 1995/96, 1998/99, 2003/04, 2010/11 İtaliya kubokunun qalibi (1): 2002/03 İtaliya Superkubokunun qalibi (1): 2011 Çempionlar Liqasının qalibi (2): 2002/03, 2006/07 UEFA Superkubokunun qalibi (2): 2003, 2007 Klublararası Dünya Kubokunun qalibi: 2007
İtaliya millisi
Avropa çempionatının gümüş mükafatçısı (1): 2000
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Viçentsa FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Çezena FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:"İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1977-ci ildə doğulanlar Kateqoriya:29 mayda doğulanlar Kateqoriya:Fiorentina FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya Olimpiya milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri