"Killer List of Video Games" (qısaca "KLOV") — arkada oyunlarının onlayn ensiklopediyası olan veb-sayt. Məlumat bazasında 1972-ci ildən indiyədək istehsal olunmuş 4,650-dən çox maşın haqqında məlumat var. Hər bir maşın üçün korpusun növü, displey, sistem, prosessor, səs və digər texniki xüsusiyyətlər haqqında ətraflı məlumatlar verilir. İstifadəçilər maşınların fotoşəkillərinə, oyunların ekran görüntülərinə və bəzi başlıqlar üçün hətta üçölçülü modellərə və istifadəçi təlimatlarına daxil ola bilərlər.

ABŞ-nin həftəlik "Newsweek" jurnalının rəyçisi "KLOV"u bir dəfə "oyunçular üçün IMDb" adlandırmışdır.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər Сайт The Killer List of Videogames (KLOV) Общество защиты аркадных автоматов, действующее на сайте

Kateqoriya:ABŞ veb-saytları Kateqoriya:İnternetdə oyunlar üçün verilənlər bazası Kateqoriya:1991-ci ildə yarananlar Kateqoriya:İnternet forumları