Bürc-Ömər-Driss () — Əlcəzairin şərqində, İllizi vilayətində şəhər və kommuna. In-Amenas rayonuna daxildir.
Coğrafi mövqe Şəhər vilayətin şimal-qərbində, Böyük Səhranın şimalındakı vahələrdən birinin ərazisində, Tinqertdən cənubda, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1010 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 360 metr yüksəkdir.
İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,8 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,5°C, ən isti ayda (iyulda) 34,5°C-dir.
Nəqliyyat Şəhərin şimalından 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir. Eyni adlı hava limanı var.
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri Kateqoriya:Tuareqlər