Vahid Rasim oğlu Hacıyev () — Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.
Həyatı Vahid Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində oftalmoloq Rasim Hacıyevin ailəsində anadan olub və buradakı 2 saylı Texniki- Humanitar liseydə orta məktəbi bitirib. 2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci illdə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini almışdır. Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Rus, İngilis dillərini bilir. Ailəlidir, üç övladı var.
Fəaliyyəti Əmək fəaliyyətinə 2004-cü ildən Deloitte Azərbaycan şirkətində aparıcı auditor kimi başlamışdır. 2007–2009-cu illərdə BP Azərbaycan şirkətində vergi üzrə analitik, 2009–2012-ci illərdə vergi üzrə müşavir, 2012–2014-cü illərdə BP Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi hesabatlılığı idarəsinin rəhbəri, 2014–2017-ci illərdə həmin şirkətin icra aparatının rəhbəri olaraq çalışmışdır. 2017–2019-cu illərdə həmin şirkətdə Dayaz su Abşeron yarımadası üzrə hasilat bölgüsünün kommersiya üzrə rəhbəri, 2019–2020-ci illərdə isə BP Azərbaycan şirkətinin bütün kəşfiyyat layihələri üzrə kommersiya direktoru vəzifələrini tutmuşdur. Daha sonra 2020–2022-ci illərdə bitkiçilik və iri taxılçılıq növü üzrə fəaliyyət göstərən "Agro Dairy" MMC-də direktoru vəzifəsində çalışmışdır. 04 may 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir. 22 iyul 2022-ci ildən həm də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının sədri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir. 22.06.2022-ci ildə Vahid Hacıyevə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndələri