Ghosts 'n Goblins (), Yaponiyada — Tokuro Fucivara tərəfindən yaradılmış və "Capcom" tərəfindən istehsal olunmuş qaç və vur platforma videooyun seriyası. Seriyadakı ilk buraxılış 7 iyul 1985-ci ildə oyun salonlarında buraxılan "Ghosts 'n Goblins" idi. Seriya sonradan müxtəlif şəxsi kompüterlərə, oyun konsollarına və mobil platformalara port edilmiş və buraxılmış, bir neçə sikvel və spin-off yaratmışdır.
Əsas seriyanın məzmunu cəngavər Arturun şahzadə Prin-Prini iblis kralı Astarotdan xilas etmək axtarışına yönəlmişdir. Əsas spin-offlara "Gargoyle's Quest" və "Maximo" oyun seriyaları daxildir.
Seriya ümumilikdə seriya 4,2 milyondan çox nüsxə satmışdır, ən çox satılan 13-cü "Capcom" oyun franşizasıdır. Yüksək çətinlik səviyyəsinə görə oyunçular arasında şöhrət qazanmışdır.
Seriyanın ən son oyunu olan "Ghosts 'n Goblins Resurrection" 25 fevral 2021-ci ildə buraxılmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Capcom franşizaları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Videooyun franşizaları