Züleyxa Məhərrəm qızı Həsənova () — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1974–1983).
Həyatı O, 1923-cü ildə Şuşa şəhərində Məhərrəm bəy Həsənzadənin ailəsində anadan olmuşdur. İki yaşında olarkən atası vəfat etmiş və o, 14 yaşından anasının da toxucu kimi çalışdığı Şuşa trikotaj fabrikində işləməyə başlamışdır. Daha sonra rayon sənaye kombinatının müsahibi olmuşdur.
1942-ci ilin əvvəllərində Züleyxa Həsənova Sovet Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarına, Bakının şimalında yerləşən 335-ci zenit-artilleriya alayında (1944-cü ildən — 131-ci zenit-artilleriya briqadası) xidmətə çağırılmışdır. 1945-ci ildə ordudan tərxis olunan Züleyxa Həsənova Yevlax şəhərində işə qəbul edilmiş və o, 1955-ci ilə kimi burada çalışmışdır. 1956-cı ildən Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin təlimatçısı, şöbə müdiri, katibi vəzifələrində işləmişdir. 1963-cü ildən Mingəçevir Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini və bitirmişdir.
Züleyxa Həsənova 1974-cü ilin iyul ayından Azərbaycan SSR əhaliyə məişət xidməti naziri vəzifəsində işləmişdir. 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur. 1944-cü ildən ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilmişdir. Azərbaycan SSR Ali Sovetinin 7–10-cu çağırış deputatı seçilmişdir.
Züleyxa Həsənova 1974-cü ildən ildən ömrünün sonuna kimi Bakıda yaşamışdır. O, 1985-ci ildə vəfat etmişdir. Mingəçevir şəhərində dəfn edilmiş və şəhərin mərkəzi küçələrindən birinə onun adı verilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın qadın nazirləri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri