𐔹 (səslənməsi: /tɕʼ/; transkripsiyası: Ć̣, ć̣) — Alban əlifbasının onuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Çá) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "ć̣a" olmalıdır.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–6 Erməni tədqiqatçı Aşot AbramyanAşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 29 və Georgi KlimovKlimov G. Агванское письмо, попытка его дешифровки (Ağvan əlifbası və onu deşifrə etmək cəhdi), səh. 13 // Gənc filoloqun ensiklopedik lüğəti, Moskva, 1984 bu hərfi "ž" qrafei ilə ifadənin tərəfdarı olsalar da, Muravyev və Gippert "ć̣" transkripsiyasını daha məqsədəuyğun saymışdır. Bu düşüncə Georgi Klimov və Voroşil QukasyanVoroşil Qukasyan — Опыт дешифровки албанских надписей Азербайджана (Azərbaycanda alban yazılarının deşifrə edilməsi təcrübəsi) (1969) tərəfindən də dəstəklənmişdir. Fonetik olaraq küylü yuvaq samitdir. Müasir udi əlifbasında "č'" samitinə çevrilmişdir. left|thumb|𐔹 hərfi Mingəçevirdən tapılmış şamdanda (ən sağda) Nümunələr: Alban yazısıTranskripsiyasıTərcüməsiUdi dilində𐕄𐔰𐔹𐔼ḳać̣ikork'ač'i𐔱𐔰𐔹bać̣yüz (ədəd)bač'𐔱𐕒𐔹𐔼boć̣isıxboč'u
İstinadlar
Kateqoriya:Alban əlifbası