Dünya Xor Oyunları — İnterkultur fondu tərəfindən təşkil edilən dünyanın ən qlobal musiqi hadisəsi. Olimpiadanın əsas hədəfi, "Birlikdə oxumaq, xalqları birləşdirir" şüarı ilə izah olunur.

Mənşəyi Dünya Xor Oyunları (Keçmiş adla - Xor Olimpiadaları) anlayışı xalqları incəsənət vasitəsilə bir araya gətirmək və xor musiqisinin dinc rəqabətini təşkil etmək ideyasından yaranmışdır. Beynəlxalq yarışmadakı əsas məqsəd millətləri iştiraka yönəltmək və beləliklə qlobal cəmiyyət birliyini formalaşdırmaqdır. "Bir yerdə oxumaq, xalqları birləşdirir" şüarı, İnterkultur tərəfindən həyata keçirilən olimpiadanın əsas mövzusunu dəqiqliklə ortaya çıxarır.

290px|thumb|left|İlk olimpiadaya Avstriya ev sahibliyi etmişdir

Dünya Xor Oyunları ilk dəfə 7-16 iyul 2000-ci il tarixlərində, Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur.

Müxtəlif qitələrdən olan insanları xor musiqisinin çətiri altında bir araya toplamağı bacaran Dünya Xor Oyunları, müasir dünyamızda intibah dövrünü yaşayır və artıq qlobal tendensiyaya çevrilib.

Yarışma qaydaları

Dünya Xor Oyunları iki ildən bir müxtəlif kateqoriyalar üzrə, dünyanın əvvəlcədən təyin edilmiş ev sahibi ölkəsində təşkil olunur. Xor olimpiadaları "Çempionlar" və "Açıq" sinifləri üzrə konsert yarışlarından və digər kütləvi mərasimlərdən ibarətdir. "Çempionlar" müsabiqəsində, iştirakçı xorlar qızıl, gümüş və bürünc medallar uğrunda, "Açıq" yarışmalarda isə "Uğurlu iştirak" diplomunu əldə etmək üçün mübarizə aparırlar. Müxtəlif kateqoriyalar üzrə ən yüksək xal yaxud da qızıl medal qazanmış xor təmsilçisi, "Dünya Xor Oyunları Çempionu" adına layiq görülür.

Xor əsərləri

Qlobal incəsənət hadisəsi, musiqinin çoxsaylı janrlarını əhatə edir. Olimpiadada, Müqəddəs Xor Musiqisi(İlahilər), caz, pop, folklor üslublu xoral əsərlər mübarizəyə qoşulur.

Təmsilçilər

Dünya Xor Oyunlarının məxsusi özəlliklərindən biri də, iştirakçı xorlarda, orta yaş həddinin aşağı olmasıdır. İnterkultur fondu məhz bu səbəblə, müsabiqədə xüsusi "Seminarlar" hissəsi təşkil edir. Bu mərhələdə, dünyanın müxtəlif ölkələrindən olan gənc xor musiqiçiləri, məşhur ekspertlərin öndərliyində təlimlərə cəlb olunur.

Gündəliyi

Dünya Xor Oyunlarının (WCG) təşkilat mərhələlərinə daxil olan əsas elementlər aşağıdakı siyahıda ətraflı şəkildə təqdim edilmişdir:

Açılış Mərasimi - Dünya Xor Oyunları ənənəvi olaraq, İnterkultur fondunun prezidenti olan, almaniyalı Qüntər Teçş tərəfindən açılır və daha sonra ev sahibi ölkə özünü beynəlxalq ictimaiyyətə təqdim edir. Ümumxalq paradları - Ev sahibi ölkənin meydan və küçələrində, dünyanın müxtəlif ölkələrindən olan xalqlar bir araya gələrək, vəhdət təşkil edir və beləliklə yarışmanın ikinci hissəsi yekunlaşır. Dostluq konsertləri - Təmsilçi xorlar ev sahibi ölkənin əsas meydanlarında, pulsuz canlı konsertlər təşkil edir. Bayram konsertləri - Bu hissəyə, beynəlxalq xorların təşkil etdiyi, biletli tədbirlər daxildir. Əsas yarışma Mükafat mərasimləri - Qlobal yarışmanın yekun nəticələrinə əsasən təmsilçilərə müxtəlif dərəcəli mükafatlar təqdim olunur. "Dünya Xor Oyunları Çempionu" adına layiq görülən xor təmsilçisi səhnəyə yaxınlaşır və dövlət himninin sədaları altında bayrağı yüksəldilir. Seminarlar Dünya Xor Şurasının Asambleyası - Bu mərhələdə, növbəti müsabiqəyə ev sahibliyi edəcək ölkənin adı müəyyən edilir. Bağlanış mərasimi

Təfsilatlar İlMüsabiqəEv sahibiTarixlərÖlkə sayıİştirakçı xor sayıKateqoriyalarMedallarQızılGümüşBürünc 2000 1-ci Xor Olimpiadaları, Linz 7–16 iyul60342286912434 2002 2-ci Xor Olimpiadaları, Pusan 19–27 Oktyabr48288255410238 2004 3-cü Xor Olimpiadaları, Bremen 8–18 iyul83360269816333 2006 4-cü Dünya Xor Oyunları, Syamen 15–26 iyul80400267514039 2008 5-ci Dünya Xor Oyunları, Qras 9–19 iyul934412813019127 2010 6-cı Dünya Xor Oyunları, Şaoxinq 15–26 iyul83472246611728 2012 7-ci Dünya Xor Oyunları, Sinsinatti 4–14 iyul643622310613919 2014 8-ci Dünya Xor Oyunları, Riqa 9–19 iyul734602922917416 2016 9-cu Dünya Xor Oyunları, Soçi 6–16 iyul7328329116864 2018 10-cu Dünya Xor Oyunları, Tşvana4–14 iyul62300281349212 202111-ci Dünya Xor Oyunları, Antverpen və Gent30 Oktyabr–7 noyabr513081438361 202312-ci Dünya Xor Oyunları, Qanqneyunq3–13 iyul Müəyyənləşəcək 202413-cü Dünya Xor Oyunları, Oklend10-20 iyul Müəyyənləşəcək

Qaliblər

Aşağıdakı cədvəldə, Dünya Xor Oyunlarında ümumi medal sayına görə qələbə qazanmış ölkələrin, illər üzrə siyahısı göstərilmişdir:

Müsabiqə Qalib ölkə 1-ci Xor Olimpiadaları 2-ci Xor Olimpiadaları 3-cü Xor Olimpiadaları 4-cü Dünya Xor Oyunları 5-ci Dünya Xor Oyunları 6-cı Dünya Xor Oyunları 7-ci Dünya Xor Oyunları ABŞ8-ci Dünya Xor Oyunları Latviya9-cu Dünya Xor Oyunları Rusiya10-cu Dünya Xor Oyunları Cənubi Afrika Respublikası11-ci Dünya Xor Oyunları Belçika12-ci Dünya Xor Oyunları Müəyyənləşəcək

Qeydlər

İstinadlar

Kateqoriya:Musiqi mükafatları Kateqoriya:Yarışlar Kateqoriya:Müsabiqələr Kateqoriya:Mahnı müsabiqələri Kateqoriya:2000-ci ildə qurulub təkrarlanan tədbirlər