Mehmet Naim Talu (; ). Türkiyəli bürokrat və siyasətçi. Türkiyə Respublikasının keçmiş Baş naziri. Həyatı Naim Talu Kabataş Erkek Liseyindən məzun olduqdan sonra 1943-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Bir müddət Sümerbankda işləyən siyasətçi 1946-cı ildə Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına keçib. 1966-cı ildə etibarnamə ilə baş menecer vəzifəsini icra etdiyi bu təşkilatda 1967-ci ildə baş menecer olub. 1970-ci ildə Mərkəzi Bankın yenidən təşkil edilməsindən sonra o, Bankın və İdarə Heyətinin sədirliyinə gətirilib. Sonra 2-ci Erim Hökumətində Ticarət Naziri kimi siyasi həyata daxil olub, həmçinin Melen Hökumətində də yerini qoruyub. 1972-ci ildə Ticarət Naziri olarkən o zamanın prezidenti Cövdət Sunay tərəfindən Senatın üzü təyin edilib. Melen Hökuməti geri çəkildikdə isə, Cümhuriyyət Güvən Partiyası və Ədalət Partiyasının ortaq namizədi olaraq Türkiyənin 36-cı Hökumətini qurub.
O, 1973-cü ilin seçkiləri nəticəsində heç bir partiyanın təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs çoxluğu əldə edə bilmədiyi üçün 1974-cü ilin fevralına qədər hakimiyyətdə qalıb. Bundan əlavə Bülənd Ecevitin sədrliyi ilə Cümhuriyyət Xalq Partiyası ilə Milli Qurtuluş Partiyası koalisiyası qurulduqdan sonra vəzifəsini Bülənd Ecevitə təhvil verib. 1976-cı ildə isə Kvota Senatorluğu başa çatıb. Şəxsi həyatı Naim Talu 15 may 1998-ci ildə İstanbulda vəfat edib. Məzarı Zəncirliquyu qəbiristanlığındadır.
O,ingilis dilini bilirdi. Naim Talu evli olub, iki övlad var.
İstinadlar
Xarici keçidlər Naim Talu NAİM TALU TÜRKİYE CUMHURİYETİ ESKİ BAŞBAKANI
Kateqoriya:İstanbul Universitetinin məzunları Kateqoriya:Türkiyə nazirləri Kateqoriya:Türkiyə baş nazirləri