İvan Vitalyeviç Petunin (, ) daha çox Walkie kimi tanınır (keçmişdə Walkie T) — rusiyalı hip-hop ifaçısı və batl-reper. Rusiyada iştirak etdiyi rep-batl sayına görə ilk yeri tuturВ сети составили рейтинг самых популярных баттл-МС Архивировано.

Bioqrafiya

Erkən həyatı İvan Petunin 1995-ci il 24 may tarixində dünyaya göz açıb. 14 yaşında Eminem və Tupak Şakurdan ilhamlanaraq rep oxumağa başlayıb. Batl-rep karyerasına 2012-ci ildə protekti çərçivəsində başlayıb. 2015-ci ildə hərbi xidmətə yolanıb.

İlk məşhurluq 2016-cı ildə ordudan qayıtdıqdan sonra Sankt-Peterburqa köçüb və #SLOVOSPB proyekti tərkibində fəaliyyət göstərməyə başlayıb. Rəqibi ilə saxta dava şousu hazırladığına görə protyektdən kənarlaşdırılılmasına baxmayaraq ilk məşhurluğunu qazanıb. 2017-ci ildə protekti çərçivəsində batllarda iştirak edib.

Sağlamlıq problemləri Walkienin izləyiciləri onun davranışının qəribələşdiyini görməyə başladılar. Bundan sonra reperin həyat yoldaşı və anası onu bir ay yarım psixiatriya xəstəxanasına yerləşdirdi. Həkimlər ona şizofreniya və bipolyar pozuntu diaqnozu qoydu. Xəstəxanadan çıxandan sonra həyat yoldaşı İvanı evə aparıb, o isə üçüncü mərtəbədən tullanıb və onurğasını zədələdiyinə görə xəstəxanaya yatırılıb. Bu hadisədən sonra həyat yoldaşı ondan ayrılıb. Bu hadisələrdən sonra Walkie "Canavarlar psixiatriya xəstəxanasında" ()(Walkie və волки eyni səslənir) adlı albom hazırlayıb.

Ölümü 30 sentyabr 2022-ci il tarixində İvan öz telegram kanalında ölüm öncəsi müraciət videosu yayımladı və Rusiyanın Ukraynaya hücumu səbəbindən deprasiyaya düşdüyünü bildirdi. Petunin videoda Ukraynadakı müharibənin əleyhdarı olduğunu və əlinə silah almaq istəmədiyini bildirib:

Daha sonra çoxmərtəbəli binanın 11-ci mərtəbəsindən tullanaraq intihar edib. İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya repçiləri Kateqoriya:Özünü ataraq intihar edənlər