thumb Dmitri Valeryeviç Utkin () — Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı zabiti, ehtiyatda olan polkovnik-leytenant, dörd Cəsarət ordeninin kavaleri. O, "Vaqner" özəl hərbi şirkətinin komandiri idi.
Rusiya-Ukrayna müharibəsi zamanı Rusiya təcavüzünə dəstək verdiyi üçün ona şəxsi beynəlxalq sanksiyalar tətbiq edilmişdi.
Həyatı
Erkən illəri Dmitri Utkin 11 iyun 1970-ci ildə Sverdlovsk vilayətinin Asbest şəhərində geoloq ailəsində anadan olmuşdur. Digər mənbələrə görə, Ukrayna SSR-in Kirovoqrad və ya Kirovoqrad yaxınlığındakı Smolino kəndi onun doğma şəhəri olmuşdur.
Smolin məktəbini bitirdikdən sonra Utkin kəndi tərk edərək Leninqrada getdi və burada hərbi məktəbə daxil oldu.
2000-ci illərin əvvəllərində həyat yoldaşı Yelena Şerbinina ilə ayrılıb.
Utkinin birinci və ikinci çeçen müharibələrində iştirak etdiyi bildirilir.
2014-cü ildə o, rus qoşunlarının tərkibində Krımda olub. 2014-cü ilin yayında tanınmamış LXR- də Metalist yaxınlığındakı döyüşlərdə fəal iştirak edib. 2015-ci ilin yanvar ayında Krasnodonda Obron "Odessa" nın tərksilahında, daha sonra isə Debaltseve uğrunda döyüşlərdə iştirak etmişdi.
2015-ci ilin payızından Vaqner-in fəaliyyəti Suriyaya köçürüldü. Palmira hücumunda həlledici rolu məhz bu bölmənin oynadığı güman edilir.
2016-cı ilin dekabrında Dmitri Utkin Vətən Qəhrəmanları Günü şərəfinə Kremldə keçirilən qəbulda olmuşdur. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ziyafətdə Utkinin Novqorod vilayətindən dəvət olunanlar arasında olduğunu təsdiqlədi, çünki o, "Cəsarət" ordeninin sahibidir. Lakin Peskov Utkinin Vaqner ilə əlaqəsi haqqında heç nə deməyib.
Təsdiqlənməmiş məlumatlara görə, 2022-ci ildə Utkin Priqojinlə birlikdə Ukrayna ilə müharibədə iştirak etmək üçün Vaqnerə məhbusları cəlb etmək üçün iki dəfə Rostov vilayətindəki rus koloniyalarına səfər edib.
Tver vilayətində qəza 23 avqust 2023-cü ildə Moskvadan Sankt-Peterburqa uçan təyyarə Tver vilayətində qəzaya uğradı. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısı həlak olub. Təyyarədə adları və soyadları "Vaqner" rəhbərləri Yevgeni Priqojin və Dmitri Utkinin məlumatları ilə üst-üstə düşən insanlar qeydə alınıb.
Əmlakı "Dosye" mərkəzi tərəfindən aparılan araşdırmaya görə, Utkin və həyat yoldaşı tütün məmulatları da daxil olmaqla ərzaq pərakəndə satışı ilə məşğul olan MMC Kaşulina-ya sahib idilər. Əvvəllər Utkin Sankt-Peterburqun İvanovskaya küçəsində Kaşulina hotelinə və Laxtadakı Aura biznes mərkəzində gözəllik salonuna sahib idi.
Beynəlxalq sanksiyalar 2017-ci ilin iyununda ABŞ Vaqner rəhbəri kimi Dmitri Utkinə qarşı sanksiyalar tətbiq etdi.
2018-ci ildə Utkinin Ukrayna ərazisinə girişi, eləcə də maliyyə fəaliyyətinə qadağa qoyulub.
13 dekabr 2021-ci ildə Avropa Şurası Utkin və Vaqnerlə əlaqəli digər şəxslərə qarşı oxşar məhdudlaşdırıcı qərarlar verdi.
23 dekabr 2021-ci ildə Ukraynada Dmitri Utkinə qarşı cinayət işi qaldırılmışdır.
24 fevral 2022-ci ildən Kanada sanksiyaları, 14 yanvar 2022-ci ildən İsveçrənin sanksiyaları, 25 fevral 2022-ci ildən Avstraliyanın, 8 mart 2022-ci ildən Yaponiyanın, 15 mart 2022-ci ildən Böyük Britaniyanın sanksiyaları altındadır. Ukrayna prezidenti Vladimir Zelenskinin 24 iyun 2021-ci il tarixli fərmanı ilə o, Ukraynanın sanksiyaları altındadır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Donbass müharibəsi iştirakçıları Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Birinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Rusiya tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:Vaqner qrupu Kateqoriya:Aviasiya hadisələrində həlak olanlar Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları