Luz Noseda () — Dana Terrasın yaratdığı "Bayquş evi" cizgi serialının baş qəhrəmanı. Sarah-Nicole Robies tərəfindən səsləndirilmişdir.
Yaranması Serialın yaradıcısı Dana Terrasın dediyinə görə, Luz personajı onun otaq yoldaşı, dominikan əsilli hekayə rəssamı və serialın hazırlamasında iştirak edən Luz Batistanın adını daşıyır.
Xarakteri Luz Noseda Konnektikutdakı uydurma qəsəbə olan Qreyvsfilddə () yaşayan Afro-Dominikan əsilli amerikalı 14 yaşlı qızdır. Terras Luzun Disney cizgi serialındakı ilk biseksual baş qəhrəman olduğunu bildirib. Serialın yaradıcısı həmçinin, 2021-ci ilin aprelində Luzun neurodivergent olduğunu da açıqlamışdır.
Serialın ilk epizodunda anası Luzu yay düşərgəsinə göndərməyə qərar verir. Luz yola düşməyə hazırlaşarkən evlərin birindəki portal vasitəsilə Qaynamış adalara gedib çıxır. Daxil olduğu həmin aləmdə o, qoca ifritə İda və canavara bənzər iblis Kinq ilə tanış olur.
İstinadlar
Kateqoriya:Sehrbazlıq gücünə malik personajlar Kateqoriya:Atəş gücünə malik personajlar Kateqoriya:Uydurma zaman səyyahları Kateqoriya:Uydurma ixtiraçılar