– Yaponiyanın Fukuoka şəhərində yerləşən ramen dükkanı.
Tarixi "Naqahama-ya" 1952-ci ildə yemək yeməyə çox vaxt ayıra bilməyən yerli balıqçıların ehtiyacını qarşılamaq məqsədilə yaradılmışdır. Dükkan Fukuokanın mərkəzində yerləşən Naqahama məhəlləsində yerləşdiyi üçün bu adı almışdır. Dükkanın təklif etdiyi nazik əriştə və donuz sümüyü bulyonundan ibarət olan ramen populyar olmuş və Naqahama rameni kimi tanınmağa başlamışdır.
Fukuoka şəhərində orijinal dükkanın köhnə işçiləri tərəfindən yaradılmış bir çox Naqahama-ya ramen dükkanı yerləşir. Onlardan bəziləri özlərini "qanso" (orijinal) dükkanı adlandırırlar. 2008-ci ildə orijinal dükkan müvəqqəti olaraq bağlanmış və sadəcə rəsmi filialı fəaliyyət göstərməyə davam etmişdir. 2010-cu ildə orijinal dükkan yeni bir məkanda açılmış və filial bağlanmışdır.
Xüsusiyyətlər Orijinal dükkanın yerləşdiyi keçmiş məkanda dükkanın yeni yerini göstərən neon lövhələr, oxlar və bannerlər quraşdırılmışdır. Keçmiş yer tarixi yer hesab olunur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1952-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Ramen dükkanları Kateqoriya:Fukuoka