Mustafa Dəmir () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Mustafa Dəmir 1980-ci ildə Kilis ilində anadan olub. Kilis Universitetinin Peşə Liseyinin Biznesin idarə edilməsi Bölməsindən məzun olub.
Kilis Gənclər və İdman İdarəsində çalışıb.
Uzun illərdir MHP üzvüdür. 2017-ci ildə MHP Kilis ilçə sədri, 2020-2023-cü illərdə isə MHP Kilis il sədri olub.
2023-cü ildə MHP namizədi olaraq Kilis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
İngiliscə bilir. Evli və 1 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları