Ser Culian Binq (ingiliscə: Sir Julian Byng; ) - uzun nəsil ağacına əsaslanan köklü hərbi tarixə malik aristokratik ailədəndir. Onun babası 1815-ci ildə baş vermiş olan Vaterloo müharibəsində ali rütbəli zabitlərdən biri idi və Kanada Korpusunu təhvil almazdan əvvəl Misir, Fransa və Geliboluda yüksək hərbi vəzifələrdə xidmət etmişdir. Gelibolu cəbhəsində müvəffəqiyyətsizliyə düçar olan Stapfordun yerinə komandanlığa gətirilmişdir; O, Müqəddəs Eloi döyüşündən sonra komandanlıqdan uzaqlaşdırılmış olan general-leytenant EAH Aldersonu əvəz etmişdir. 1916-cı ilin may ayından 1917-ci ilin iyun ayına qədər Kanada Korpusunun komandiri olaraq Culian Binq kanadalıları yaxşı təlim görmüş və effektiv hücum qüvvəsinə malik olan qüvvəyə çevirmiş və bu təlimlər Vimi müharibəsində qələbə qazanmağa gətirib çıxarmışdır. O, Lloyd Corcun tövsiyəsi ilə Kanadanın Baş Qubernatoru təyin edilmişdir. O, feldmarşal rütbəsinə qədər yüksəlmiş və üç ildən sonra 6 iyun 1935-ci ildə Torp Holldakı mənzilində vəfat etmişdir.

İstinadlar Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:Britaniya siyasətçiləri