"Jirona FK" () — Kataloniya muxtar icmasının tərkibindəki eyniadlı əyalətin eyniadlı şəhərini təmsil edən İspaniya futbol klubudur. Klub 1930-cu ildə yaradılıb və ev oyunlarını "Montilivi" stadionunda keçirir (13500 tamaşaçı tutur). 2016/17 mövsümünə qədər klub heç vaxt La Liqada çıxış etməmişdir. Klubun La Liqada göstərdiyi ən yaxşı nəticə 2017/18 və 2022/23 mövsümlərinin nəticələrinə görə tutduğu 10-cu yer olub.

2023/24 mövsumünün nəticəsinə görə klub öz tarixində ilk dəfə olaraq La Liqada Real Madrid və Barselonadan sonra 3-cü yeri tutaraq bürünc medal qazanıb və ilk dəfə olaraq UEFA Çempionlar Liqasında birbaşa qrup mərhələsində oynamaq hüququ qazanıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:La Liqa klubları