José María Alfredo Aznar López (İspanca tələffüz: xoˈse maˈɾi.a alˈfɾeðo aθˈnar ˈlopeθ; ) 1996-2004-cü illər arasında İspaniyanın Baş Naziri vəzifəsində çalışmış siyasətçidir.MONTALBÁN, M.V. La Aznaridad, 4th ed. Mondadori (2003) Hal-hazırda News Corporation şirkətinin direktorudur.

thumb|Xose Mariya Aznar

Cavanlığı

Aznar 1953-cü ildə Madrid şəhərində anadan olmuşdur. O, jurnalist və radio aparıcısı olan Manuel Aznar Acedonun oğlu və keçmiş bask millətçi yayımçısı olan Manuel Aznar Zubiqarayın nəvəsi idi. Onun babası Franko dövrünün falanqist təbliğatçısı və tanınmış jurnalisti olmuşdur. Həm atası, həm də babası Franko dövründə ispan vilayətlərində dövlət vəzifələrində işləmişdirlər. Madridin Complutense Universitetində hüquq təhsili almış və bu universiteti 1975-ci ildə bitirmişdir. 1976-cı ildə isə vergi müfəttişi olmuşdur.

İstinadlar Kateqoriya:İspaniya baş nazirləri