Həmrəylik, solidarizm və ya solidarlıq — bir cəmiyyəti təşkil edən qruplar və ya siniflər arasında psixoloji birlik hissi yaradan emosiyaların, düşüncələrin və ümumi maraqların qarşılıqlı olaraq əlaqəsidir. Həmrəylik, sinfi əməkdaşlığı müdafiə edir və Sinfi mübarizəni rədd edir.TDK sözlüğü, dayanışma maddesi .Merriam Webster, http://www.merriam-webster.com/dictionary/solidarity . Sosializmdən fərqli olaraq həmrəylik fərdləri rədd etmir və fərdləri cəmiyyətin əsası kimi görür. İnsanların cəmiyyət daxilində olan sosial münasibətlərindən istifadə edərək onların bir-biri ilə bağlı olduğu fikrini müdafiə edir. Bu termindən sosial elmlərdə, xüsusilə də sosiologiya və psixologiyada geniş bir formada istifadə olunur.
thumb|Qaldırılmış yumruq əmək hərəkatları zamanı istifadə edilən həmrəylik simvollarından biridir
Həmrəylik Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasının 6 əsasından 4-cü olanıdır. Hər il dekabr ayının 20-si Beynəlxalq İnsan Həmrəyliyi Günü kimi qeyd olunur. Ümumdünya Bioetika və İnsan Hüquqları Bəyannaməsinin də 13-cü maddəsi həmrəyliyə həsr olunmuşdur.
thumb|Finlandiyanın paytaxtı olan Helsinki şəhərində yerləşən Helsinki Şəhər Teatrının, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Ukrayna ilə həmrəylik üçün Ukrayna bayrağının rəngləri ilə işıqlandırılması.
Həmrəyliyin yaranma yolları cəmiyyətdən cəmiyyətə görə dəyişikliklər nümayiş etdirir. İbtidai cəmiyyətlər qan qohumluğu və qohumluq münasibətləri əlaqələri üzərində formalaşdırıldığı halda, daha inkişaf etmiş və mürəkkəb cəmiyyətlərdə isə sosial həmrəylik bir çox fərqli mənbələrə malik ola bilər.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Kateqoriya:Sosial nəzəriyyələr Kateqoriya:Sosioloji terminologiya Kateqoriya:Sosial struktur Kateqoriya:Fəzilət Kateqoriya:Altruizm Kateqoriya:Politologiya Kateqoriya:Politologiya terminologiyası