Ayserizenvelt — Avstriyada buz mağarası. Mağara Zalsburq torpağında, Verfen yaşayış mənətəqəsi yaxınlığında yerləşir. Mağaranın yerləşdiyi ərazi Alp dağlarının Tennen dağları ərazisidir.

Ümumi məlumat Ayserizenvelt dünyanın ən böyük buz mağarasıdır. Buz mağarasında buz il boyu qala bilir. Mağara dördüncü dövrün əvvəli, Pleystosen buzlaşması zamanı yaranmışdır.

Mağaranın ümumi uzunluğu 42 km-dir. Dərinlik — 407 metrdir (Глубочайшие пещеры Австрии).. Qədimdən ovçulara məlum olan bu mağara rəsmən 1879-cu ildə kəşf olunub. Mağaranı Zalsburq şəhərindən olan təbiətşünas Anton fon Posselet aşkar etmişdir. O mağaranın ilk 200 metrlik hissəsini tədqiq etmişdir. Mağranı ən geniş tədqiq edən isə avstriyalı speleoloq Aleksandr fon Merom olmuşdur. 1912-ci ildən 1914-cü ilə kimi mağarada araşdırma aparan Aleksandr Merkom Birinci dünya müharibəsində həlak olmuşdur. Onun külü mağaranın daxilində yerləşdirilmişdir. Mağaraya ilk rəsmi ekskursiya isə 1920-ci ildə həyata keçirilmişdir.

Müasir dövrdə mağara Avstriyanın populyar istirahət mərkəzlərindən biridir. Ərazidə inşa edilmiş kanat yolu ziyarətçiləri gün ərzində mağaranın girişinə yaxın olan kiçik Dr.-Friedrich-Oedl-Haus sığınacağına çatdırır. Kanat gün ərzində 2500 qonağı mağaraya çatdıra bilir. İl ərzində Ayserizenvelt mağarasını təxminən 200 min turist ziyarət edir. Mağarada turistlərə kalsium karbidli lampaları verilir. Mağaradakı 5 buz fiqur isə maqnezium işıqlanırması ilə işıqlandırılır. Mağaraya ziyarət 1 may-26 oktyabr aralığına mümkündür. Mağaranın uzunluğu 42 km olsa da turistlərə ancaq 1 km-lik hissəni ziyarət etməyə icazə verilir. Mağara daxilində temperatur 0 ° C olduğuna görə turistlərə daha isti geyinməyi məsləhət görülür. Qış aylarında mağara qar uçqunları səbəbindən bağlı olur.

Şəkillər

İstinadlar

Kateqoriya:Avstriya coğrafiyası Kateqoriya:Əhəng daşı mağaraları