Çingiz İsgəndər oğlu Əsgərov () — azərbaycanlı hüquqşünas; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi (2013—h/h), Azərbaycan Ali Məhkəməsi sədrinin müavini və hakimi (2020—h/h).

Həyatı Çingiz İsgəndər oğlu Əsgərov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən fərqlənmə diplomu ilə məzun olub.

Fəaliyyəti 1989-1991-ci illərdə “NORD” Elmi-İstehsalat Birliyinin hüquq bürosunda çalışıb.

1994-1998-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsində mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.

1998-2000-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunda referent vəzifəsində çalışıb.

2000-ci ilin yanvar-mart aylarında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) QHT ilə iş şöbəsində ezam olunmuş mütəxəssis olaraq çalışıb.

2000-2003-cü illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində 1-ci Katib vəzifəsində çalışıb.

2003-2020-ci illərdə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri olub.

08.12.2003-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.

5 may 2020-ci ildə Azərbaycan Prezidentinin təqdimatına, Azərbaycan Milli Məclisinin razılığına əsasən Azərbaycan Ali Məhkəməsinin hakimi təyin olunub.

6 may 2020-ci ildə isə Azərbaycan Ali Məhkəməsi sədrinin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə Çingiz İsgəndər oğlu Əsgərov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2023-cü ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.

İstinadlar

Kateqoriya:Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavinləri