Şadmehr Akili və ya Şadmehr Ağili (; ) — İranlı musiqiçi, televiziya aparıcısı və müğənni.
Tehran konservatoriyasında təhsilini başa vurmuş Şadmehr Akili bir müddət İRİB televiziyasında veriliş aparmışdır. İran İslam İnqilabından sonra İranda yetişmiş müasir pop musiqi sənətçilərindən biri hesab olunan Şadmehr Akili 1997-ci ildə ilk solo albomu olan "Bahar-e Man" adlı albomunu buraxmış, 1998-ci ildə isə Mosafer adlı ikinci albomunu buraxmışdır. 1999-cu ildə isə Şadmehr Akili üçüncü albomu olan Dehati adlı albomunu buraxmışdır. Dehati albomu İranda İslam İnqilabından sonra fars dilində çıxan birinci pop musiqisinə aid olan albom hesab olunur. 2001-ci ildə isə dördüncü albomu olan Par-e Parvazı çıxardan Akili, 2003-cü ildə AVANG və NAVAMEDIA ilə müqavilə imzalayaraq Kanadaya köçmüşdür. Şadmehr Akili hal-hazırda Kanadada yaşayır və karyerasını burada davam etdirir.
Albomları
AlbomlarAdıFarsca adıTərcüməsiQeydiliRəsmi1997Bahar e Manبهار منMənim baharımİnstrumental1998Fasl e Ashenayiفصل آشناییTanış olmaq fəsliMosaferمسافرSəyyah1999DehatyدهاتیKəndliMashgh e Sokootمشق سکوتSükut məşqiNaghmeha ye Mashreghiنغمه های شرقیŞərq melodiyalarıİnstrumental2001Par e Parvazپر پروازUçmaq üçün qanadlarEyni adlı filmin saundtrekləridir2003Doori o Pashimaniوری و پشیمانیAyrılıq və peşmanlıqKhiali Nistخیالی نیستMənim üçün əhəmiyyəti yoxdur Kanadaya köçdükdən sonra2004Adam Foroushآدم فروشXain2005Popcornپاپکرن2009TaghdirتقدیرTaleh2012TarafdaarطرفدارVəkil2016Tajrobeh Konتجربه کنBunu yoxlayın 2018TasvirتصویرŞəkilQeyri-rəsmi1994Shaam-e Ghariban شام غریبان Qəriblik gecəsi2000FaribaفریباFaribaa (lit. Cazibədar)2002Adam o Havaآدم و حواAdəm və Həvva2004Rag-e Khaabرگ خوابKor nöqtəKanadaya köçdükdən sonra İranda buraxılan instrumental2006Talafiتلافیİntiqam 2007SababسببSəbəbSızdırılmış iş2010AntiqueانتیکAntik22 Albom
İstinadlar
Kateqoriya:İran şəxsləri