– Yaponiyanın Hokkaydo prefekturasının Sapporo şəhərində yerləşən incəsənət muzeyi. Sapporo İncəsənət Parkının tərkibinə daxildir.

Tarixi Muzey 1990-cı ilin sentyabrında açılmışdır. Sapporo şəhəri tərəfindən yaradılmış ilk ictimai incəsənət muzeyidir.

Ekspozisiya Sapporo İncəsənət Muzeyi Hokkaydo, xüsusilə, Sapporo şəhərindən olan sənətçilərin işlərinə həsr olunsa da, burada xarici sənətçilərin müasir incəsənət əsərləri, eləcə də, meşə və bəşəriyyət mövzusunda işlər də sərgilənir. Hər il muzeydə 5–7 incəsənət sərgisi keçirilir. Muzeyin açıq səma altında yerləşən hissəsində 74 heykəl və Sato Tadayoşi Memorial Uşaq Atelyesi yerləşir. Muzeyin kolleksiyasına 612 yağlı boya rəsmi, 144 sulu boya rəsmi, 40 yapon rəsmi, 277 qravür, 75 foto, 299 heykəl, 7 əl işi, 118 qəbilə sənəti əsəri daxildir. Ümumilikdə kolleksiya 1572 əsərdən ibarətdir.

Muzeydə Katsura Funakoşinin "Qar üzərində kölgələr" və Şiqeo Fukudanın "Stul kimi dincələk" heykəlləri sərgilənir.

İstinadlar

Xarici keçidlər

Keçmiş saytı (arxivləşdirilib)

Kateqoriya:1990-cı ildə yaradılmış muzeylər Kateqoriya:Sapporo Kateqoriya:Hokkaydo prefekturasındakı muzeylər Kateqoriya:1990-cı ildə Yaponiyada yarananlar Kateqoriya:Yaponiyadakı incəsənət muzeyləri