Demokrat Partiyası () — məşrutə dövründə Qacar İranında sosial-demokrat siyasi partiya. Partiya o dövrdəki iki böyük parlament partiyasından biri idi. O, əsasən orta səviyyəli ziyalılardan ibarət idi və din ilə dövlətin ayrılmasını müdafiə edirdi. Partiyanın orqanı 1909–1911-ci illərdə çıxmış "İrane-nou" qəzeti olmuşdur.
Tarixi Əvvəlcə Zaqafqaziyada fəaliyyət göstərən İctimaiyyun-Amiyyunun bir qolu olan partiya Bakı ilə birbaşa əlaqələrini kəsdi və mühafizəkar ictimaiyyətə hörmətlə yanaşaraq “Sosial” sözünü adından çıxardı. Bununla belə, onun ideologiyası əsasən köhnə partiyadan götürülmüşdü.
1918-ci ildə partiya Baharın başçılıq etdiyi "Yenidən təşkil tərəfdarı Demokratlar" () və "Yenidən təşkilə Qarşı Demokratlar" () olaraq iki yerə parçalandı. Parlament seçkilərinin nəticələri Seçki Mandat Yeri Sayı ± % ± 1906 13.46 Azlıq 1909 7 22.22 8.76 Azlıq 1914 23 44.34 22.12 Çoxluq İstinadlar
Kateqoriya:İran milliyətçiliyi