Mitilinili Hellanik və ya Lesboslu Hellanik (, ; ) — qədim yunan tarixçisi, Herodotun müasiri.
"Suda"da yazıldığına görə, o, bir müddət Makedoniya hökmdarlarından birinin sarayında yaşamış və Perperendə vəfat etmişdir. İoni dialektində yazıb. Plutarx amazonların Kimmeriya Bosforunu buz üzərində keçdiklərini bildirərkən Hellanikə istinad edir.Плутарх, Жизнеописания, Тесей, 26
Hellanik son İoni loqoqrafı hesab olunur. Sonrakı tarixçilər (Fukidid, Ktesi, Efor, Feopomp, Diodor, Plutarx və s.) Hellanikin əsərlərindən material götürmüşdülər. Hellanikə aid edilən 28 əsər məlumdur, lakin onların əksəriyyəti, tarixçilərin fikrinə görə, başqa müəlliflər tərəfindən yazılmışdır.Любкер (1884), ссылаясь на исследования Преллера, приводит всего девять сочинений, подразделяемых на три группы (генеалогические, «хорографические» и хронологические), несомненно принадлежащих Гелланику.
İstinadlar
Kateqoriya:Qədim Yunanıstan tarixçiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri